Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:04

Erdoğan müsəlmanları “doğub-törəməyə” çağırdı


Türkiyə prezidenti Recep Tayyib Erdoğan müsəlmanları doğuma nəzarətdən çəkinməyə və kontraseptivlərdən imtina etməyə çağırıb.

Türkiyə prezidenti Recep Tayyib Erdoğan müsəlmanları doğuma nəzarətdən çəkinməyə və kontraseptivlərdən imtina etməyə çağırıb.

Televiziya ilə canlı yayınlanan çıxışında Erdoğan deyib ki, “heç bir müsəlman ailəsi” doğuma nəzarət və ailə planlaşdırması barədə düşünməməlidir.

“Biz törəmələrimizin sayını artırmalıyıq” - deyib Türkiyə prezidenti.

Qərb mediası xatırladır ki, Erdoğanın hakim AKP partiyasının əsas dayağı cəmiyyətin mühafizəkar müsəlman elementləridir.

Bazar ertəsi etdiyi çıxışında prezident əsas diqqəti qadınlar və xüsusilə də “gələcək təhsilli analar”məsələsi üzərinə yönəldib və qadınları Türkiyə əhalisinin davamlı artımı naminə kontraseptivlərdən istifadə etməməyə çağırıb.

4 övlad atası olan Erdoğan bundan əvvəlki bəzi çıxışlarında hamilələyinin qarşısının alınmasını “xəyanət” adlandırmışdı.

O habelə qadınları azı üç uşaq doğmağa çağırmışdı.

Türkiyənin demoqrafiyası kritik həddə yaxınlaşır

Qərb təhlilçiləri bildirirlər ki, Erdoğanın müraciəti bütün müsəlmanlara ünvanlansa da, Türkiyənin özündə demoqrafik proseslər onun arzuladığı kimi getmir.

Türkiyə Statistika İnstitutunun son hesabatlarına görə 2015-ci ildə ölkədə hər qadına 2, 14 uşaq düşüb və bu, əhalinin bərpası üçün lazım olan həddən azacıq yuxarıdır. Halbuki 1980-ci ildə Türkiyədə təbii artım indikindən iki dəfə çox idi.

Məntiqlə qarşıdan gələn bir neçə ildə bir çox başqa Avropa ölkələrində olduğu kimi Türkiyədə də əhali artımı dayana bilər.

Buna baxmayaraq, Türkiyənin təbii artım tempi Avropanın orta rəqəmindən yüksəkdir və əhalinin tərkibi daha gəncdir.

BMT-nin Əhali Fondunun hesabatında deyilir ki, Türkiyədə keyfiyyətli ailə planlaşdırmasına xeyli ehtiyac var.

Bu hesabatda bildirilir ki, Türkiyədə hər beş qadından biri aborta müraciət edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG