Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 07:12

Erdoğan çevriliş cəhdində “gözü götürməyən xarici” ittiham edir


Recep Tayyip Erdoğan Ankaradakı prezident sarayında çıxış edib

Recep Tayyip Erdoğan Ankaradakı prezident sarayında çıxış edib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan iyulun 15-də baş vermiş çevriliş cəhdinin “Türkiyənin yüksəlişini qəbul edə bilməyən xarici qovşaqların” işi olduğunu bəyan edib.

Onun çıxışının yalnız sonrakı hissələrindən “qovşaq” dedikdə Qərbi və hətta ABŞ-ı nəzərdə tuta biləcəyi anlaşılır.

Erdoğan deyib ki çevriliş cəhdinin oyunçuları ölkə daxilində olsalar da, onun ssenarisi xaricdə “yazılıb”.

Biz necə bir partnyoruq ki?..

Ankaradakı prezident sarayında çıxış edən Erdoğan Amerika Birləşmiş Ştatlarını kəskin tənqid edib.

"Mən Birləşmiş Ştatlara səslənirəm: Biz necə bir strateji partnyoruq ki, sizdən təslimini istədiyimiz birisini hələ də saxlayırsınız?” – deyə sual edib Türkiyə prezidenti.

Amerika Bilrləşmiş Ştatları bundan əvvəl müsəlman vaizi Fethullah Gülenin Türkiyəyə ekstradisiya edilməsi üçün Ankaranın onun çevrilişdə əli olmasına dair sübutlar verməli olduğunu bildirmişdi.

Çevrilişdən sonra Erdoğanı dəstəkləyən müxalifət repressiyaları tənqid edir

Çevrilişdən sonra Erdoğanı dəstəkləyən müxalifət repressiyaları tənqid edir

Erdoğan çıxşında bu məsələyə də toxunub: “Biz sidən bir terrosti istəyiriksə, onu bizə verməlisiniz. Əgər bizdən sənəd-sübut istəsəniz, onda biz terrorla mübarizə etməyəcəyik. Bizdən nə istəyirlər? Sübut. Nəyin sübutunu verməliyik? Bizim terror mücadiləsində itiriləsi vaxtımız yoxdur. Beləcə 6 ay, 1 il gözləməyə halımız yoxdur”.

Türkiyədən alınan xəbərlərdə deyilir ki, Erdoğanı və onun hökümətini çevriliş cəhdinin ardınca dəstəkləmiş ana müxalifət partiyaları da indi hökumətin “təmizləmə” və həbslər dalğasından narahat olduqlarını bildirirlər.

Əsas müxalifət partiyası CHP-nin lideri Kemal Kılıcdaroğlu çevriliş cəhdini kəskin pisləmişdi, lakin indi bildirir ki, hökumət fövqəladə vəziyyətdən təhlükəszilik qüvvələrinin tərkibini parlamentin başı üstündən dəyişmək üçün istifadə edir.

Türkiyə ordusu “Səddamın ordusuna” çevrilə bilər

Erdoğan böyüklüyünə görə NATO-nun ikinci ordusu olan Türkiyə silahlı Qüvvələrinə dair iki fərman imzalayıb.

Bu fərmanlara əsasən 3000 hərbçi vəzifələrindən uzaqlaşdırılıb, ordu generallarının 40 faizi işdən azad edilib, hərbi akademiyalar bağlanıb.

CHP kimi çevriliş cəhdi gecəsində AKP-ni və Erdoğanı dəstəkləmiş və hətta ölüm cəzasının bərpasına tərəfdar çıxmış Milliyyətçi Hərəkət Partiyası – MHP də orduya qarşı repressiyaların miqyasından narazıdır.

MHP lideri Devlet Bahceli bidlirib ki, Türkiyə ordusunda aparılan dəyişiklik və təmizləmələr silahlı qüvvələri diktator Səddam Hüseynin və ya keçmiş Liviya lideri Qəddafinin ordusu vəziyyətinə sala bilər.

O həmçinin ordu komandanlığını birbaşa baş nazirə tabe etdirilməsinə qarşı çıxıb.

Bu arada Türkiyə mediası yazır ki, Erdoğanın “təmizləmə” tədbirləri İstanbul teatrlarına çatıb.

Şəhər teatrlarından aktyorların kütləvi qovulmasına başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG