Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:22

Oktyabrın 18-də Türkiyə prezidenti Receb Tayyib Erdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə prezidenti Azərbaycan dövlət başçısını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Buna da bax:​ 25 illik müstəqillik: azadlıq paradoksu

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür. 25 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG