Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

Erdoğan: "Azərbaycan qara günün dostu olduğunu göstərdi"


►İlham Əliyev: "Biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq.​"

Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatıb.

Azərtac-ın xəbərinə görə, toplantıdan sonra prezidentlər İlham Əliyev və Receb Tayyib Erdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə əməkdaşlığına dair sənədlərinin imzalanması mərasimi olub.

İki ölkə arasında 6 sənəd imzalanıb

Beşinci toplantının protokolundan əlavə iki ölkə arasında 5 sənəd imzalanıb.

İlk sənəd hökumətlər arasında hərbi, mülki heyətin sosial və mədəni məqsədlər üçün mübadiləsi ilə bağlıdır. Digər sənəd hər iki ölkənin diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında sazişdir.

Tərəflər həmçinin, məhkəmə ekspertizası sahəsində əməkdaşlıq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında sazişləri, hökumətlərarası texniki əməkdaşlıq haqqında protokolu imzalayıblar.

İmzalama mərasimindən sonra prezidentlər mətbuat konfransı keçiriblər.

Türkiyə prezidenti Receb Tayyib Erdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının terror olayından sonra prezident İlham Əliyev təşəbbüsü ilə Ankarada keçirildiyini bildirib:

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Erdoğan: “Azərbaycan qara günün dostu olduğunu göstərdi”

“Bu addım Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu göstərmək baxımından da çox önəmlidir. Mərhum Heydər Əliyevin dediyi kimi, bunun "Bir millət, iki dövlət"in təzahürü olduğunu bir daha ifadə edirəm. Azərbaycan qara günün dostu olduğunu göstərdi. Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır”

İqtisadi əlaqələrin perspektivinə toxunan Türkiyə prezidenti deyib ki, Azərbaycanla qarşılıqlı sərmayə qoyuluşunun həcminin 5 il ərzində 20 milyard dollara çatdırılması planlaşdırılır:

“2015-ci ildə əldə olunmuş 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfini qoruyuruq. Qarşılıqlı sərmayələrimiz 13 milyard dollardır, 5 il ərzində bunu 20 milyard dollara çıxarmağı planlaşdırırıq”. (Ardı aşağıda)

İlham Əliyev: “Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq.”

Azərbaycan prezidenti İlham Əliyevin mətbuat konfransında əsas mesajı Türkiyəyə qarşı terror aktları ilə bağlı olub. Prezident bildirib ki, terror olaylarının heç bir nəticəsi olmayacaq:

“Biz bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün Türkiyə xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz, Türkiyə xalqının iradəsinə təsir edə bilməz”

İqtisadi əlaqələrə toxunan İlham Əliyev deyib ki, Türkiyədən gələn və Azərbaycan üzərindən keçən yüklərin artmasını çox istərdi.

Martın 15-də Türkiyə prezidenti Azərbaycana gəlməli idi. Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə o, səfərini təxirə salıb.

Bunun ardınca Azərbaycan prezidentinin təşəbbüsü ilə görüşün Ankarada keçirilməsi qərara alınıb.

Türkiyə prezidenti buna qədər yenə terror olayı üzündən Azərbaycana bir dəfə də gəlişini təxirə salmışdı. R.T.Erdoğan onda da Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gəlməli idi. Lakin fevralın 17-də Türkiyədə baş verən terror üzündən bu səfəri də ertələnmişdi.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG