Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, onun höküməti ölüm hökmünün bərpası barədə qanun layihəsini tezıliklə parlamentə təqdim edəcək.

Bəzi müşahidəçilər qeyd edirlər ki, bərpa olunarsa ilk ölüm cəzası hökmləri ötən iyulda çevriliş cəhdinin təşkilatçılarına tətqbiq edilə bilər.

Oktyabrın 29-da Ankarada keçirilən bir mitinqdə prezident tərəfdarlarına elan edib ki, parlament ölüm cəzasının bərpası haqqında qanuna səs verən kimi o, bu qanunu ratifikasiya edəcək.

O əmin olduğunu bildirib ki, Qərbin bütün etirazlarına baxmayaraq bu qanunun parlamentdən keçəcəyinə inanır.

Onun mitinqə toplaşan tərəfdarları ‘ölüm hökmü istəyirik’ şuarını xorla səsləndirirdilər.

Erdoğansa deyib ki, ‘Qərbin istədiyi yox, xalqın istədiyi olacaq’.

Türkiyə ölüm cəzasını 2004-cü ildə Avropa İttifaqına üzv olmaq məqsədilə ləğv edib.

Buna qədər Türkiyədə ölüm cəzası hətta baş nazir barəsində də çıxarılıb.

1960-cı ilin sentybarında hərbi çevrilişin ardınca ovaxtkı baş nazir Adnan Menderes hərbi hökumətin qərarı ilə asılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG