Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev hesab edir ki, Azərbaycanın ərazi-inzibati bölgüsü 1930-cu illərdə tərtib edilib və onun müasir dövrə uyğun olaraq dəyişdirilməsinə ehtiyac var.

O bu barədə təklifi “Azərbaycan iqtisadiyyatı-25” adlı konfransda irəli sürüb.

Professor Nuriyevin fikrincə ərazi-inzibati bölgü sahəsində islahat bələdiyyə və rayonların idarə olunmasını yaxşılaşdıra bilərdi.

Bələdiyyələr üzrə ekspert Abil Bayramov bildirir ki, doğrudur, Azərbaycanın inzibati-ərazi bölgüsü Sovet dövründən qalıb və dəyişdirilməsinə ehtiyac ola bilər, lakin bu iş ciddi daşınıb-düşünmədən sonra həyata keçirilməlidir:

REAL hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli də düşünür ki, Azərbaycanın ərazi-inzibati bölgüsünə baxılması əslində həllini çoxdan gözləyən problemdir və hətta REAL hərəkatı vaxtilə belə bir təşəbbüs irəli sürüb. Təşkilat indiki rayonlardan ərazicə daha böyük “ellərin” yaradılmasını təklif etmişdi. Ekspertin fikrincə Azərbaycan kimi kiçik bir ölkənin bu qədər çox vahidlərə bölünməsi normal deyil. Həm büdcə xərclərini artırır, həm də yerli idarəetməni bürokratlaşdırır:

Lakin Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Tahir Rzayev bu fikirdədir ki, ölkənin inzibati-ərazi bölgüsü müasir tələblərə cavab verir və onun dəyişdirilməsinə ciddi həyati ehtiyac yoxdur:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG