Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:56

'Gülənçi' basketbol ulduzunun övladlıqdan çıxarıldığı deyilir


Enes Kanter (sağda, hücumun qarşısını alır)

Enes Kanter (sağda, hücumun qarşısını alır)

-

ABŞ-da peşəkar basketbol liqasında çıxış edən türkiyəli Enes Kanterin atası tərəfindən övladlıqdan çıxarıldığı deyilir.

Onun ABŞ-da mühacir həyatı yaşayan və vətəni Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan din xadimi Fətullah Gülənlə yaxın münasibətləri olduğu ilə bağlı şübhələr var.

Oğlunun aldadıldığını hesab edən Mehmet Kanter "Feto terror təşkilatı" haqqında danışıb.

Buna da bax: Hakan Şükürə həbs təhlükəsi

Mehmet Kanterin oğlu haqqında dedikləri:

"Enesin Fetoçu terror təşkilatı tərəfindən hipnoz edilib istifadə olunduğunu düşünürük. İnsanlar səhv edə bilərlər. Səhvlərdən çəkinməyin qazanc olduğunu ona dəfələrlə dedik, ancaq inandıra bilmədik. Mən atası və bütün Kanter ailəsi Feto terror təşkilatı tərəfindən edilən çevriliş cəhdini qınayır və lənətləyirik. Enesi mən atası və Kanter ailəsi övladlıqdan çıxardırıq. İstəyirik tezliklə soyadını dəyişsin. Başda prezident və türk xalqı olmaqla hər kəsdən belə oğlum olduğu üçün utanc içində üzr istəyirəm."

Enes Kanterin atası Mədəniyyət Universiteti müəllimi Mehmet Kanter haqqında bu günlərdə istintaq başladılmışdı.

1992-ci il təvəllüdlü Enes Kanter "Oklahoma City Thunder" klubunda çıxış edir.

Buna da bax: "Onlara şərt qoyurlar ki, məndən imtina etsinlər"

Günün bütün mövzuları

XS
SM
MD
LG