Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:12

Tanınmış texnologiya şirkətlərindən biridünyanın UFS (Universal Flash Storage) standartına sahib ilk yaddaş kartını hazırlayıb. UFS smartfon və planşetlərdə məlumatların saxlanmasının nanotexnologiyaya dayanan yeni standartıdır.

5 GB-LIQ GÖRÜNTÜ 10 SANİYƏYƏ...

Kartın 32; 64 və 128 GB tutumlu çeşidləri olacaq. Yaddaş kartının əsas özəlliyi onun sürətidir. Standart microSD-lərin sürəti 95 Mb/san səviyyəsində olduğu halda, UFS texnologiyasına əsaslanan yeni kartlar 530 Mb/san oxuma və 170 Mb/san yazma sürətinə çata bilir. Başqa sözlə, yeni texnologiya 5 GB-lıq Full HD görüntülü filmi 10 saniyədə ötürür. MicroSD karta bundan ötrü 50 saniyə lazımdır.

Şirkət iddia edir ki, bu kartlar 3D layihələri və yüksəkkeyfiyyətli filmləri yazmaq üçün əvəzsizdir.

Yeni yaddaş texnologiyasının bir neçəilə standart kimi qəbul ediləcəyi gözlənilir.

XS
SM
MD
LG