Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:00

Azərbaycanda ən çox və daha şiddətli işgəncə iddiaları


Nardaranda əməliyyat gedir
Nardaranda əməliyyat gedir

REAL hərəkatının icraçı direktoru Natiq Cəfərlinin həbsi və mülkiyyət hüquqlarının pozulması və Azərbaycanda kənd təsərrüfatı bu gün medianın əsas mövzusudur.

Təsir əks təsirə bərabərdir

Buna da bax: Taleh Bağırov: “Kimdənsə 1 manat aldığımı sübut eləsələr...”

«Azadlıq» qəzetində «Siz repressiyanı artırdıqca daha çox adam mübarizəyə qoşulacaq» sərlövhəli məqalədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ölkədə son siyasi proseslər fonunda fikirləri əks olunub.

Buna da bax: Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

AXCP sədri yazır ki, son vaxtlar ölkədə yeni həbslər başlayıb, ancaq bu hakimiyyətə etirazları azaltmayacaq, əksinə artıracaq:

Buna da bax: Natiq Cəfərli həbs edildi [reportaj, videolar]

«Yeni repressiya dalğası ilə cəmiyyətdə qorxu yaradacağını düşünən hökumət rəsmilərinin nəzərinə: «Nardaran işi» üzrə məhkəməni izləyirəm. Əminliklə deyə bilərəm ki, son illərdə ən çox və daha şiddətli işgəncə məhz Taleh Bağırov və onun əqidə yoldaşlarına verilib. Yeri gəlmişkən, Taleh bəylə birlikdə həbs edilənlərin çoxu sadə insanlardır. Baxmayaraq ki, o insanları bu gedişlə uzun müddətli cəzalar gözləyir, onlar dəhşətli işgəncələrə məruz qalıblar, mən onların arasında qorxan, öz əqidəsindən, mübarizəsindən imtina edən birini görmürəm. Nəinki həbslərin, hətta işgəncələrin belə artıq əvvəlki zamanlardakı effekti vermədiyini dərk etmək üçün bu nümunələr yetərli deyil?» - deyə Əli Kərimli qeyd edir.

Buna da bax: REAL: «Natiq Cəfərlinin həbsi İlham Əliyevin göstərişi ilə olub»

Əli Kərimli vurğulayır ki, hakimiyyət həbsləri artırdıqca, mübarizəyə qoşulan insanların da sayı çoxalacaq:

«Siz qanunsuz həbsləri, repressiyaları, haqsızlığı artırdıqca, daha çox adam öz daxili qərarını verir ki, ölkə belə davam edə bilməz. Şəxsən o, imkan düşən kimi bu tiranlıqla mübarizəyə qoşulacaq»

Bakıda yaşayış binası sakinlərin razılığı olmadan sökülür
Bakıda yaşayış binası sakinlərin razılığı olmadan sökülür

Mülkiyyət haqqı

«Yeni Müsavat» qəzetində «Bakıda daha bir bina sakinlərin razılığı olmadan sökülür» sərlövhəli məqalə oxumaq olar.

Məqalədə ölkədə və onun paytaxtında mülkiyyət hüququnun pozulmasından bəhs edilir.

Müəllif Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 86 ünvanda baş verən olayların üzərində dayanır. Məqalədə qeyd edilir ki, tikinti şirkəti uyğun qurumlardan razılıq aldığını bildirir, sakinlər isə təklif edilən şərtlərlə razılaşmırlar. Söküntü işlərini də «İnşaat konstruksiyalar» MMC aparır.

Buna da bax: "Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib"

Qəzetə danışan sakinlərin bildirməsinə görə, artıq, binaya təbii qazın verilməsi dayandırılıb. Sakinlər şikayətlənirlər ki, tikinti şirkəti binanın qəzalı durumda olması barədə Fövqəladə Hallar Nazirliyindən sənəd alıb. Amma onların deməsinə görə, həmin sənəddə möhür yoxdur. Sakinlər binadakı şəraitdən və yaşayışlarından narazı olmadıqlarını deyiblər. Köçürülmə şərtləri ilə razılaşmadıqlarından dəfələrlə Nazirlər Kabinetinə və Prezident Administrasiyasına şikayətlərə getdiklərini bildiriblər.

Məqalədə tikinti şirkətinin də mövqeyi əks olunub.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Şirkətdən bildirilib ki, sakinlərə müvəqqəti olaraq kirayəyə köçmək təklif edilib. Yeni bina hazır olanda isə onlara ev veriləcəyi deyilib. Hətta sakinlərə bildirilib ki, yeni mənzilin sahəsi indiki mənzil sahəsindən 25 faiz artıq olacaq.

Ağdaşda inkişaf var

Rəsmi dövlət agentliyi olan AzərTAC-da Ağdaş rayonunda pambıqçılıq, baramaçılıq və çəltikçilik ənənələrinin bərpasından bəhs edən yazı dərc edilib.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAC-a bildiriblər ki, Ağdaş rayonunda pambıqçılığın inkişafı ilə bağlı zəngin təcrübə və imkanlar var.

«Hələ 1981-ci ildə Ağdaşda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılıb. Bu, rayonun pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan bu sahəyə marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçib. Bu sahənin inkişaf etdirilməsi istiqamətində prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr artıq öz bəhrəsini verməkdədir. Ağdaşda ötən illə müqayisədə cari ildə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir» - yazıda qeyd edilir.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

Müəllif bildirir ki, ötən il Ağdaş rayonunda 30 hektar sahədə pambıq əkilib. Bu il də kəndlərdə 1154 hektar ərazidə çiyid səpini aparılıb. Bu da əvvəlki ildəkindən 1124 hektar, yəni, 38 dəfə çoxdur.

Yazıda daha sonra ipəkçilik sahəsində görülün işlərə də toxunulur.

Müəllif bildirir ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 50 qutu toxum gətirilərək Ağdaşda paylanılıb:

«Bu mövsümdə gözlənilən 1 ton barama əvəzinə, 2 ton məhsul tədarük olunaraq «Şəki İpək» ASC-yə təhvil verilib. Ayrı-ayrı ailələr baramaçılıqdan 5-6 həftə ərzində 1000-1500 manat qazanc əldə ediblər. Ölkə prezidenti İlham Əliyevin dediyi kimi, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Bu nəticələr Ağdaş rayonunda gələn il baramaçılığı bir neçə dəfə inkişaf etdirmək üçün yüksək stimul yaradıb»

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Müəllif yazır ki, Ağdaş rayonunda çəltikçiliyin inkişaf etdirilməsindən ötrü də əlverişli imkan var:

«Bu il 1282 hektarda düyü əkilib və hazırda sahələrə aqrotexniki qulluq göstərilir, bol məhsul gözlənilir. Kəndlərdə ənənəvi məşğulluq sahələrinin dirçəldilməsi işsizliyin aradan qaldırılmasına da önəmli kömək olub. Bu mövsümdə 3 mindən çox kənd sakini haqqı ödənilən işlə təmin olunub»

Buna da bax: "Nardaran məhbuslarının bədənində güllələr var" [video]

"Nardaran məhbuslarının bədənində güllələr var"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG