Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

Bu ölkədə Konstitusiyaya atanı əbədi öndər, onun oğlunu isə prezident edəcək dəyişikliklərə dair referendum keçiriləcək

Tacikistan parlamenti prezidentliyə namizədlərin yaş senzinin azaldılmasına dair qanunvericilik təşəbbüsünə başlayıb.

Müşahidəçilər bildirirlər ki, konstitusiyaya ediləcək dəyişikliklər prezident Emomali Raxmonun oğluna növbəti prezident seçikisində iştirak etmək hüququ verəcək.

Bundan başqa, dəyişikliklər 1992-ci ildən hakimiyyətdə olan Raxmonun özünə bu posta namizədliyini istədiyi sayda irəli sürmək imkanı yaradcaq.

Hazırkı konstitusiya bir nəfərin prezidentliyə yalnız iki müddətə seçilməsinə icazə verir.

Konstitusiyaya dəyişikliyin təşəbbüsçülərindən millət vəkili Mamadali Vatanov hesab edir ki, əsas qanuna dəyişiklik etməyin “əsl vaxtıdır”.

Gözlənilməzliklərə qarşı

Deputatlar tərəfindən təklif edilən dəyişikliklər prezidentliyə namizədliyin yaş senzini 35-dən 30-a endirməlidir.

2020-ci ildə keçiriləcək prezident seçkisi zamanı hazırda dövlət antikorrupsiya qurumunun rəbəri olan Rustamın 33 yaşı olacaq.

Bundan əlavə qanun layihəsi “sülh və milli birliyin banisi, millət liderinin” qarşısından prezidentlik müddəti məhdudiyyətini qaldırır.

Ötən il Tacikistan parlamenti bu titulların prezident Emomali Raxmona verilməsi barədə qanun qəbul edib.

Konstitusiyaya ediləcək dəyişikliklər prezidentin oğluna namizədliyini vermək imkanı yaradacaq. 2020-ci ildə keçiriləcək prezident seçkisi zamanı hazırda dövlət antikorrupsiya qurumunun rəbəri olan Rustamın 33 yaşı olacaq.

Bu dəyişiklik həm də hazırkı konstitusiyaya görə prezidentlik müddətləri başa çatmış Emomali Raxmonun özünə heç bir maneə olmadan prezidentliyə namizəd olmaq imkanı qazandıracaq.

Politoloqlar deyirlər ki, həm ata, həm də onun oğlu üçün düşünülmüş dəyişikliklər bütün gözlənilməzliklərin qarşısının alınması məqsədini daşıyır.

Avtoritar dünyəvilik

Düzəlişlər layihəsində habelə ölkədə dini xarakterli siyasi partiyaların yaradılması qadağan edilir.

​Tacikistan hökuməti ötən il müxalif İslam Dirçəlişi Partiyasının fəaliyyətini qadağan edib.

Emomali Raxmon Mərkəzi Asiyada yeganə İslam partiyasını qadağan edib.

Emomali Raxmon Mərkəzi Asiyada yeganə İslam partiyasını qadağan edib.

Bu, bütün Mərkəzi Asiyada rəsmən qeydiyyatdan keşmiş yeganə İslam partiyası idi.

Düşəmbə İslam Partiyasını ekstremist təşkilat adlandırıb və onun üzvlərini hakimiyyət çevrilişi cəhdində ittiham edib.

1992-1997-ci il vətəndaş müharibəsi dövründə yaradılmış partiyanın üzvləri bu ittihamları rədd edirlər.

Tacikistanın hazırda qüvvədə olan konstitusiyası da 1994-cü ildə, vətəndaş münaqişəsinin davam etdiyi vaxtda qəbul edilib.

1999 və 2003-cü illərdə bu konstitusiyaya referendum yolu ilə bir sıra dəyişikliklər edilib.

2003-cü ildə qəbul edilmiş dəyişiklik Emomali Raxmona iki 7 illik müddətə, yəni 2020-ci ilədək hakimiyyətdə qalmaq imkanı verib.

Ötən il dekabrın sonlarında Raxmon “Sülh və milli birliyin banisi və millətin rəhbəri” haqqında qanunu imzalayıb.

16 maddədən ibarət bu qanun Emomali Raxmonun hakimiyyəti dövründə qəbul etdiyi qərarlara görə məsuliyyətə cəlb olunmasını qadağan edir, prezidentə və onun ailəsinə, habelə onların mülkiyyətinə toxunulmazlıq statusu tanıyır.

Tacikistan müxalifəti, fəallar və insan haqları bu qanunun hələ hazırlanması mərhələrisində onu ciddi tənqid edərəlk bildirmişdilər ki, bu, ölkənin demokratik dəyərlərdən geri çəkilməsi hesab olunmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG