Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58

-

Son ilyarımda bank əmanətlərinin həcmi ilə daşınmaz əmlak bazarındakı aktivlik arasında birbaşa əlaqə olub. Əmlak məsələləri eksperti Rəşad Əliyev belə düşünür. Onun sözlərinə görə, həmin bağlılıq bu ilin fevralında özünü ən qabarıq şəkildə büruzə verib:

“Əmanətlərin bir hissəsinin əmlak bazarına yönəlməsi heç bir iqtisadi əsas olmadan bazarda müəyyən aktivləşmə doğurub. Bu ilin yanvarında fiziki şəxslərin bank əmanətləri 830,6 milyon manat, fevralda 566 milyon manat, martda isə 188,4 milyon manat azalıb. Bu vəsaitlərin bir hissəsi, heç sözsüz, əmlak bazarına axıb, hərçənd, təxmini rəqəm də söyləmək çətindir. Çox güman, ilin ilk 3 ayındakı milyardyarımlıq pul axınının, orta hesabla, 20 faizi əmlak bazarına xərclənib. Söhbət yetərincə ciddi rəqəmdən gedir. O pulun həcminin daha çox olmasını da istisna etmirəm, çünki əllərdə yetərli qədər pullar olub”.

"ƏVƏZLƏYƏCƏK HƏR HANSI MƏNBƏ, HƏLƏ Kİ, GÖZƏ DƏYMİR"

Ekspertin fikrincə, növbəti aylarda əmanətlərin azalma tempi aşağı düşəcək və bu, əmlak bazarına mənfi təsir göstərəcək: “Bunu da nəzərə almaq lazımdır ki, bank sektorunda vəziyyətin müsbətə doğru dəyişməsi bank depozitlərinin cəlbediciliyini daha da artıracaq. Manatın sabitliyi həm manat depozitlərinin, həm də digər manat aktivlərinin cəlbediciliyini yüksəldir. Bu isə o deməkdir ki, yaxın aylarda əmlak bazarı özünün vacib pul mənbəyindən məhrum olacaq və onu əvəzləyəcək hər hansı mənbə, hələ ki, gözə dəymir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG