Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

“Penitensiar Xidmət Faiq Əmirliyə tibbi yardım göstərməkdən imtina edir”.

Bunu həbsdə olan “Azadlıq” qəzetinin maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirova bildirib.

“Faiq mədə xorasından əziyyət çəkir. O, pəhriz yeməkləri qəbul etməlidir. Ancaq təcridxana şəraitində bu, mümkün deyil və hakimiyyət onun müalicəsi üçün heç bir iş görmür”, - L.Əmirova qeyd edib.

Buna da bax:​ Sərhədsiz Reportyorlardan 'Azadlıq' bəyanatı

Öz növbəsində vəkil Aqil Layıcov da bildirib ki, xəstəliyi təsdiq edən bütün sənədlər Penitensiar Xidmətə təqdim olunub. Ancaq ona yardım göstərilməsindən ötrü real addımlar atılmır. Nəticədə Faiq Əmirli həbsdə 20 kiloqram arıqlayıb.

“Onun səhhətini nəzərə alaraq, hakimiyyət ən azı insanlıq naminə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməlidir. Lakin hakim bununla bağlı vəsatətimi təmin etməyib”, - vəkil vurğulayıb.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi isə “Turan” Agentliyinin F.Əmirlinin vəziyyəti ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.

Buna da bax: Faiq Əmirlinin də həbs müddəti uzadıldı

Oradan Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət olunması tövsiyə ediblər. İdarənin rəis müavini İftixar Qurbanov isə məsələni diqqətdə saxlayacağını bildirib.

F. Əmirli avqustun 20-da həbs edilib.

O, CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Buna da bax:​ Vəkil: 'Faiq Əmirli həbsdə 20 kiloqram çəki itirib'

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Vəkilinin bildirməsinə görə, istintaq artıq bu ittihamları ikinci plana keçirib. Sonuncu ifadədə ona “Azadlıq” qəzetinin iqtisadi məsələlərinə dair suallar verib. F. Əmirli isə ittihamdan kənar suallara cavab verməkdən imtina edib.

Maliyyə direktorunun həbsindən sonra “Azadlıq” qəzetinin də çapı dayanıb.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG