Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:10

“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirlinin xanımı Lalə Əmirli bu gün, oktyabrın 18-i 1 saylı Kürdəxanı İstintaq Təcridxanasında həyat yoldaşı ilə görüşüb.

Faiq Əmirlinin həbsindən bəri ona ailəsi ilə görüşə icazə verilmirdi.

Vəkil Aqil Layıc Ədliyyə Nazirliyinin qaynar xəttinə müraciət etdikdən sonra, şikayət araşdırılmaqdan ötrü Penitensiar Xidmətə göndərilib. Qurumdan görüşlə bağlı heç bir problem yaranmayacağı bildirilib.

Buna da bax:​ Faiq Əmirli ev dustaqlığına buraxılmadı

Nəticədə həbs olunandan sonra Faiq Əmirli ilə xanımının ilk görüşü gerçəkləşib..

F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Buna da bax:​ Faiq Əmirlinin həyat yoldaşı prokurorluğu məhkəməyə verib

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen də Türkiyə hökumətinin onun çevriliş cəhdini himayə etməsi ilə bağlı iddialarını qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG