Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:12

Türkiyə televiziyasının verdiyi məlumata görə, Emine Erdoğan bu fikirləri ilə Ankarada keçirilən rəsmi tədbirdə bölüşüb.

Türkiyə prezidentinin xanımı bildirib ki, Osmanlı imperiyasındakı hərəmxanalar “qadınların həyat məktəbini öyrəndikləri təhsil müəssisələri” idi.

Türkiyə televiziyasının verdiyi məlumata görə, Emine Erdoğan bu fikirləri ilə Ankarada keçirilən rəsmi tədbirdə bölüşüb.

O bu tədbirdə osmanlı sultanlarının tarixi rolu barədə çıxış edib.

Bundan bir gün əvvəl onun əri – Türkiyənin prezidenti Recep Tayyip Erdoğan beynəxalq qadınlar gününə həsr edilmiş çıxışında demişdi ki, “qadın hər şeydən əvvəl anadır”.

Hərəmxanalarda sultan ailəsinin üzvləri, qulluqçu və cariyələr “bir dam altında” yaşayırdılar.

Opponentləri Erdoğanı "sultanlaşmaqda" ittiham edirlər

Opponentləri Erdoğanı "sultanlaşmaqda" ittiham edirlər

Osmanlı sultanlarının hərəmxanası 1924-cü ildə muzeyə çevrilənədək Topkapı sarayında yerləşirdi.

Sultanların bütün ailə həyatı onun “qadınlarının” – arvadlarının, qadın qohumlarının və cariyələrinin yaşadığı hərəmxanalarda keçirdi. Belə hərəmxanalarda bəzən yüzlərdə qadın olurdu.

Hərəmxanaların bütün kişi heyəti xədimlərdən ibarət idi.

Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, xanım Erdoğan çıxışı zamanı deyib ki, qadınların hərəmxanalardakı həyatı “nümunə götürülməyə layiqdir”.

Onun sözlərinə görə, hərəmxanalardakı cariyələrə müəyyən təhsil verir, onları yaxşı yedizdirirdilər.

O deyib ki, cariyələrin heç də hamısı sultanlara intim xidmət göstərmirdilər, hərçənd onların sarayı öz iradələri ilə tərk etmələri mümkün deyildi.

Öz qızları ABŞ-da təhsil alıblar

Qərb mətbuatı yazır ki, Türkiyənin bir çox vətəndaşları birinci xanımın açıqlamalarını sosial şəbəkələrdə kəskin tənqid ediblər.

"Bu qadınlara hərəmxanada müəyyən təhsil verilməsi o demək deyildir ki, hərəmxanalar məktəb olublar – yazıb Tvitter hesabından Qazi Kaglar adlı istifadəçi, - Bu tam bir sayıqlamadır. Sultan hərəmxanasında bəzən 400-dək qadın yaşayırdı.”.

Görəsən hərəmxanaları tərifləyənlər öz uşaqlarını təhsil üçün Amerika universitetlərinə niyə göndərirlər?

“Əgər osmanlı hərəmxanaları təhsil müəssisəsi idisə, ordakı kişiləri niyə axtalayırdılar?” – yazır anlam75 nikli istifadəçi.

“Görəsən hərəmxanaları tərifləyənlər öz uşaqlarını təhsil üçün Amerika universitetlərinə niyə göndərirlər?” – yazan kizmonot Erdoğanın qızlarının ABŞ-ın İndiana ştatında təhsil almasına işarə vurur.

Qərb mətbuatı yazır ki, Türkiyənin bir çox hökumətyönlü qəzetləri birinci ledinin dediklərinin doğru olduğundan bəhs edir, hərəmxanaları “heç də pis olmayan məktəb” adlandırırlar.

Bir sıra tənqidçiləri Türkiyə prezidentini getdikcə daha artıq “sultanlaşmaqda” ittiham edirlər.

Onun qadınları “8 mart” bayramı münasibətilə bu sayaq təbrik etməsinə cavab olaraq İstanbul küçələrində etiraz aksiyaları keçirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG