Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59

-

“Apple” şirkəti IOS9 yeni əməliyyat sistemini təqdim edib.

Mashable.com saytı “Apple”ın indiyə qədər olan ən sürətli əməliyyat sisteminin yeni funksiyaları haqda yazıb.

1. Wi-Fi yardımçısı

Bu funksiyanı aktivləşdirmisinizsə, Wi-Fi siqnalı zəif olanda telefon avtomatik data bağlantısına (telefonun meqabayt hesabına yüklədiyiniz interneti) keçir.

2. Daha ağıllı təqvim

Sizin inbox-nuzda hansısa tədbir dəvətnaməsi, tarix varsa, təqvim onu özü tapıb qeyd edəcək və yadınıza salacaq.

3. Təyyarə biletləri

İnternetdə- Safari və ya Mail –də təyyarə uçuş biletləri varsa, üzərinə sıxmaqla həmin biletləri açıb baxmaq mümkün olacaq.

4. Bir dəfəyə bir neçə foto

İlk dəfədir ki, iOS 9 vasitəsilə bir neçə fotonu eyni vaxtda seçmək və dartıb istənilən qovluğa aparmaq mümkün olacaq.

5. Bildirişləri səliqəyə salmaq

Sizə gələn bildirişləri tarixinə, məzmununa görə əl və ya application vasitəsilə qruplaşdıra biləcəksiniz- məsələn, istəsəniz, nə vaxt gəlməyindən asılı olmayaraq Facebook bildirişləri həmişə ən yuxarıda göstərilə bilər.

6. Qeydlərinizi qaydaya salın

Yeni sistemdə Qeydlər bölməsində fotolar yerləşdirmək və eskiz çəkmə funksiyaları olacaq. Bundan başqa, bölmədə qovluqlar da yaradılıb.

7. Siri-ni səsinə öyrət

Yeni sistemdə yardımçı Siri-ni yalnız öz sahibinin səsinə reaksiya verməyə öyrətmək mümkündür.

Onu da qeyd edək ki, yeniliyi elan etmək bir şey, həmin yeniliyin praktikada necə işləməsi isə başqa şeydir. Bir müddət əvvəl sosial şəbəkələrdə iPhone-6 Plus-un korpusunun kovrəkliyini tənqid edən videolar yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG