Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:25

Əmanətlər manatlaşır


Manat
Manat

-

Devalvasiyadan sonra yaşananların əksinə, əhalinin banklardakı əmanəti manatlaşır.

Mərkəzi Bankın açıqladığı «Pul Siyasəti» icmalına görə, xarici valyutada depozitlərin ümumi əmanət və depozitlərdə xüsusi çəkisi ilin əvvəlində 76.4 faiz olub. Bu ilk rübün sonunda isə 74.9 faizə düşüb.

İcmalda qeyd edilir ki, yanvar-mart aylarında fiziki şəxslərin manatla əmanətləri isə ilin əvvəlinə nəzərən 6.4 faiz artıb. Ancaq xarici valyutada əmanətlər 20.8 faiz azalıb. Fiziki şəxslərin depozitlərinin dollarlaşması 81 faizə enib. İlin əvvəlində bu, 85 faiz olub.

Müstəqil iqtisadçılar bunu əsasən əhalidə banklara inamın azalması ilə izah edirlər.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən 2 dəfə dəyər itirib. Təkcə bu ilin əvvəlində Mərkəzi Bank 6 bankın lisenziyasını ləğv edib.

XS
SM
MD
LG