Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:32

Əmanətçilər müqavilələrini yeniləməlidir


►“Xarici valyutada əmanətlərini sığortalamaq istəyən fiziki şəxslər bankla müqavilələrinə faiz dərəcəsinin 3-ə endirilməsi ilə bağlı dəyişiklik etməlidilər“.

Əmanətlərin Sığortalanması Fondunun əmanətçilərə müraciətində belə deyilir.

Fond “Əmanətlərin sığortalanması haqqında” qanuna edilən son dəyişiklikləri xatırladaraq bankla əmanətçilər arasındakı müqavilələrin qanunvericiliyə uyğunlaşdırılmasının vacib olduğunu bildirir.

Fond qeyd edir ki, müqavilədə məbləğ 30 min manatdan çox, faiz dərəcəsi 12 faizdən artıq deyilsə, əmanəti qorunur və sığortalanır.

Fond “Əmanətlərin sığortalanması haqqında” qanuna edilən dəyişikliklərlə yaranan yeni situasiyanı nümunələrlə izah edir.

Nümunə 1:

A əmanətçi 9 yanvar 2016-cı il tarixində bir il müddətinə X bankda 12 faizlə 10 min ABŞ dolları yerləşdirib. Müddət bitənədək onun əmanəti qorunur və sığortalanır. Sığorta hadisəsi baş verdikdə 10 min ABŞ dolları və faizləri Fond tərəfindən kompensasiya edilir.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Nümunə 2:

B əmanətçi 15 yanvar 2016-cı il tarixində 12 faizlə bir il müddətinə 100 min ABŞ dollarında əmanət yerləşdirib. Onun əmanətinin yalnız 30 min manata qədər olan hissəsi sığortalanır. Bu nümunədə kompensasiya məbləği 19 124 ABŞ dolları (30 000/1.5687= 19124) təşkil edəcəkdi və qalan vəsaiti (80 876 ABŞ dolları) sığorta hadisəsi baş vermiş bankdan almalı idi. Əgər bu şəxs əmanətinin tam sığortalanmasını istəyirsə, banka müraciət etməlidir. Bank müraciət gününə qədər hesablanmış faizləri müştəriyə ödəyəcək. Müştərinin istəyini nəzərə almaqla qorunan əmanətlər üçün faiz dərəcəsini tətbiq etməklə yeni müqavilə bağlanacaq. Bu halda şəxsin əmanəti tam qorunma altına alınacaq. Sığorta hadisəsi baş verdikdə 100 min dollar və faizləri tam şəkildə Fond tərəfindən kompensasiya edilərək ödəniləcək.

Martın 1-də Azərbaycanda xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilib. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası belə qərar qəbul edib.

Buna da bax...

Özbək qadın: “Mənə əmri Allah verib”
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

XS
SM
MD
LG