Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:16

Qədim əlyazma Azərbaycana gətirildi


►Azərbaycan alimi Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin Paris Milli Kitabxanasında saxlanan əlyazmasının surətini əldə edilib.

M.Füzuli adına Əlyazmalar İnstitutundan AzadlıqRadiosuna verilən xəbərə görə, bu əsər XIII əsrdə Marağa rəsədxanasında tərtib olunmuş səma cisimləri kataloqudur.

Bundan başqa burada dünyanın müxtəlif xalqlarının təqvimləri barədə geniş elmi məlumat verilib.

Parisdən gətirilən əsərin surəti

Parisdən gətirilən əsərin surəti

Əsərin bir nüxsəsi də Əlyazmalar İnstitutunda saxlanır.

“Zici-Elxani”nin Paris Milli Kitabxanasında saxlanan 126 vərəqdən ibarət nüsxəsinin bir sıra vərəqləri qaydasında deyil, düzgün səhifələnməyib.

Tarixi qeyd olunmasa da, Paris nüsxəsinin XV əsrdə köçürüldüyü güman edilir.

Əlyazmanın 3-cü vərəqində onun sahibi olmuş Şeyx Məhəmməd İbrahimin qeydi var.

Həmin vərəqdə nüsxənin Xacə Əsirəddin ibn Xacə Nəsirəddin tərəfindən köçürüldüyü yazılıb.

Buna da bax: Köçkünlər: "Bizə insan kimi yanaşsınlar"

Əsər müqəddimə və dörd məqalədən, hər məqalə bir neçə babdan ibarətdir.

İran alimi Seyid Cəlaləddin Tehrani 1936-cı ilin 10 yanvar tarixində əlyazmanın üzərində adını qeyd edib.

Orta əsrlər astronomiya elminin inkişafında böyük rol oynamış bu əsərin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan nüsxəsi 1404-cü ildə köçürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG