Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:55

-

Elşad can Şamil

SİQARET KİMİ OLACAQSAN BU HƏYATDA

Siqaret kimi olacaqsan bu həyatda...

Yanacaqsan, yana-yana

səni yandıranı daha çox yandıracaqsan.

Zəhərləyəcəksən, amma şirin gələcək zəhərin...

Aludəçi olacaq səni sevən ata bilməyəcək...

Yaşaya-yaşaya öləcək dərhal ölməyəcək...

"Sağlamlığa ziyan" olacaqsan

Sağlamlar səni axtaracaq...

Üstündə "öldürər" yazılacaq amma

Yenə də keçilməz olacaqsan !!!

Zövq verəcəksən...

Siqaret kimi olacaqsan bu həyatda...

Hamı səni pisləyəcək...

Hamı sənə meyl edəcək...

Danışıldıqca çoxalacaqsan...

Çoxaldıqca paylaşılacaqsan...

Çəkərək çəkmə deyən qadağalarla,

İnkar olunduqca təsdiqlənəcəksən...

Bu tərəfdən nə qədər çox uzaqlaşsalar,

O tərəfdən bir o qədər yaxınlaşacaqlar...

Siqaret kimi olacaqsan bu həyatda...

Səni atmaq istəyən min bir yola əl atacaq...

Əziyyət çəkəcək...

Fikrə gedib bir də sənə əl atacaq...

Qoxun gələr gəlməz xatırlanacaqsan içdən...

Ürək səni istəyəcək...

Сiyər səni istəyəcək...

Bədən səni istiyəcək...

Dost da səni istiyəcək...

Düşmən də...

Uşaqlıqdan böyüklüyə “körpü” olacaqsan...

Siqaret kimi olacaqsan bu həyatda...

Ən sanballı məclislərin havasına dolacaqsan...

Dildə-dodaqda olacaqsan...

Ümüdlər arzular sönsə belə həmişə yanacaqsan

Ciblərdə olacaqsan dəbdə olan pul kimi...

Amma bu dəfə puldan da üstün olacaq sənin hörmətin...

Pul olmayan yerdə sən olacaqsan...

Pula səni dəyişəcəklər...

Qidanı sənlə dəyişəcələr...

Gəzən məlumatlara görə aclığı da unutdurursan insana...

Dərdi də unutdurursan...

Dərmanı da...

Siqaret kimi olacaqsan bu həyatda...

Səni özlərinə sadiq yoldaş seçəcəklər...

Tək qaldığı vaxtlarını sənlə keçirəcəklər...

Səni rahat tanıma şansı vermiyəcəksən...

Əvvəl əvvəl acı olacaqsan...

Zəhər zəqqum olub ciyərlərini

gözlərini dolduracaqsan

Öskürdə öskürdə, incidə incidə

sevilməyin ləzzətini görəcəksən...

Dostlar tanışlar məsləhət biləcək səni

səhiyyə nazirliyi pisləsə də

digər nazirlər yanına çəkəcək səni...

Səni tanımayanlara sirli aləm kimi görünəcəksən...

Keçmişi addıyıb gəldiyin kimi...

Gələcəkdən qabaq gələcəksən...

Siqaret kimi olacaqsan bu həyatda...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG