Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:32

«Buna ittihamnamə demək olmaz. Hər hansı əməli qiymətləndirə biləcək bir dəlil, sübut belə yoxdur, boş fərziyyələrdən ibarətdir».

Vəkil Əfqan Məmmədov hüquqlarını müdafiə etdiyi ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ) keçmiş sektor müdiri Elşən Mustafaoğluna qarşı irəli sürülən ittihamlarla bağlı AzadlıqRadiosuna belə deyib.

Ə.Məmmədov qeyd edib ki, əslində ittiham var, amma bu ittihamı təsdiq edə biləcək bircə dənə də olsa, sübut yoxdur. Vəkilin fikrincə, bu işin məhkəmə perspektivi də yoxdur: «Bunu ona görə deyirəm ki, istintaq dəlil-sübut üstündə yox, fərziyyələr üstündə qurulub. Elə bir ağır ittiham irəli sürülür, amma bu ittihamın arxasında duracaq bircə dənə də olsun sübut tapılmır».

E.Mustafaoğlu iki il əvvəl, dekabrın 17-də saxlanıb, 19-da barəsində həbs qərarı çıxarılıb.

O, 2001-ci ildə «Mənəvi Saflığa Dəvət» İctimai Birliyini təsis edib. 2005-ci ildən «Yeni Şərq» Elmi Araşdırmalar Mərkəzinin direktorudur

E.Mustafaoğlu ANS-də veriliş aparıcı, «Azərbaycan-Amerika Media Akademiyası»nın direktoru olub.

O, Norveçdə elmi layihə üzrə çalışıb, 2014-cü ilin əvvəlində ölkəyə qayıdıb. Həbsindən bir neçə ay öncə isə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa başlayıb.

E.Mustafaoğlu dövlətə xəyanətdə günahlandırılır.

Hazırda onun məhkəmə prosesi qapalı keçirilir. Növbəti iclas iyulun 26-da olmalıdır.

Bəzi saytların verdiyi xəbərlərə görə, E.Mustafaoğlu bundan əvvəl keçirilən prosesdə deyib ki, onu ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları qəsdən həbs ediblər. Məqsəd QMİ rəhbəri Allahşükür Paşazadə və general Rövşən Əkbərovun əleyhinə ifadə almaq olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG