Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:47

Əli Kərimlinin qaynı hədələndiyini deyir


Foto illüstrasiya
Foto illüstrasiya

13 saylı cəzaçəkmə müəssisəsində saxlanan Elnur Seyidov avqustun 12-də axşam həyat yoldaşına telefon edərək, ölümlə hədələndiyini bildirib.

Söhbət bir neçə saniyə çəkib və Elnur Seyidov ancaq bunu deyə bilib.

Bu haqda «Turan»a onun yaxınları danışıblar.

E.Seyidov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri ( AXCP) Əli Kərimlinin qaynıdır.

Məhkumun yaxınları deyillər ki, ona təhdidlərin səbəbi Ə.Kərimlinin siyasi fəaliyyətidir.

E.Seyidovun həyatına təhlükə ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov da danışıb.

Onun açıqlamasına görə, həmin cəzaçəkmə müəssisəsinin rəisi deyib ki, «Elnur Seyidovu heç bir təhlükə gözləmir».

Bununla belə, avqustun 12-də axşam həbsxana rəhbərliyi E.Seyidovun vəkili Fəxrəddin Mehdiyevin ona baş çəkməsinə izn verməyib.

Vəkili onunla avqustun 13-də görüşə bilib. F.Mehdiyev görüşdən sonra «Turan»a deyib ki, E.Seyidov özünü normal hiss edir.

Vəkilin deməsinə görə, E.Seyidov ölümlə təhdid olunması barədə məsələni ona izah edib. Lakin həyatına olan təhdidin detallarının, hələlik, mətbuata açıqlanmasını istəməyib.

E.Seyidov 2012-ci ildə həbs olunub. O, «Texnikabank»da mənimsəmə ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

AXCP E.Seyidovun böhtan və siyasi sifariş əsasında həbs edildiyini açıqlayıb.

XS
SM
MD
LG