Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

►Elmira Axundova ondan prezidentə şikayət edənləri məhkəməyə verib

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov ondan şikayətçi olan vətəndaşları məhkəməyə verib.

Deputat oğlu onun tərəfindən aldadıldığını iddia edən və bu barədə dövlət orqanlarına şikayət məktubları göndərən, mediaya açıqlamalar verən vətəndaşlardan təkzib verməyi, üzr istəməyi və 150 min manat da təzminat tələb edir.

Həbib Axundov əvvəlcə yalnız Fərman Məmmədovu məhkəməyə verib.

Amma sonradan iddiaya əlavələr edərək, ondan şikayətçi olan digər vətəndaşları - Elvin Vəliyev, Ziya Vəliyev, Firuz Haşımov, Şahin Məhərrəmov Sabir Ağayevi də cavabdehlər sırasına əlavə edib.

Fərman Məmmədov məhkəmənin gedişində qarşılıqlı iddia qaldırıb, o isə təhqir və böhtana görə deputat oğlundan 600 min manat tələb edir.

“TƏKZİB MƏKTUBU GÖNDƏRİLSİN”

İyulun 18-də Binəqədi Rayon Məhkəməsində bu iddialar üzrə məhkəmə iclası keçirilib.

Məhkəmədə məlum olub ki, deputat özü də "müstəqil tələb irəli sürən üçüncü şəxs" qismində bu prosesə qoşulmaq istəyir və oğlu ilə yanaşı, o da yuxarıda adları çəkilən şəxslərin cəzalandırılmasını tələb edir.

Elmira Axundova iddia ərizəsində göstərib ki, həmin şəxslər ondan ölkə rəhbərliyinə, parlamentə, müxtəlif idarələrə böhtan xarakterli məktublar yazıb onu hörmətdən salırlar, işgüzar nüfuzuna zərbə vururlar.

Deputatın sözlərinə görə, şikayətçilər oğlunun da tanıdığı Elnur İbrahimova verdikləri pulu Həbib Axundovdan almaq istəyirlər, bu məqsədlə də onun adını hallandırırlar.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Elmira Axundovanın iddia tələbləri oğlununkundan daha çoxdur.

Deputat cavabdehlərdən üzr və 100 min manat təzminatla yanaşı, həm də prezidentə, Milli Məclisə və digər qurumlara təkzib məktubu göndərməyi tələb edir. Bundan başqa, istəyir ki, məhkəmə qarşı tərəfin üzərinə onlarda olan səs yazıları, fotoşəkillərin ləğvi və istifadəsinin qadağan edilməsi barədə vəzifə qoysun. Həmçinin şər-böhtana görə onların barəsində cinayət işi başlanması üçün xüsusi qərardad qəbul olunması da iddia ərizəsində öz əksini tapıb.

“HARADAN BİLİR Kİ, BİZDƏ NƏLƏR VAR”

Fərman Məmmədov

Fərman Məmmədov

Məhkəmənin gedişində məlum olub ki, bu iddia ərizəsinin təqdim olunması üçün nəzərdə tutulmuş dövlət rüsumu ödənilməyib. Rüsumun ödənilməsi və bundan sonra iddianın müzakirəsi üçün məhkəmə prosesi iyulun 29-na qədər təxirə salınıb.

Cavabdehlərdən Fərman Məmmədov AzadlıqRadiosuna bildirib ki, deputat və oğlunun iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil:

"Biz Həbib Axundovdan halal pulumuzu istəyirik. Həbib Axundovu şantaj eləməyimiz barədə deyilənlər tamamilə yalandır. Elmira Axundova iddia ərizəsində absurd tələb irəli sürür ki, bizim əlimizdə olan səs yazıları, şəkillərin ləğvi barədə üzərimizə öhdəlik qoyulsun. Əvvəla, bu, ifadə azadlığının pozulmasıdır. Bəlkə bizə danışmağı da qadağan eləsin? İkincisi, Elmira Axundova nədən qorxur, o, haradan bilir ki, bizdə nələr var? Deməli, hər şeyi yaxşı bilir və indi özü bizi şantaj etmək yolunu tutub".

Günün bütün mövzuları

XS
SM
MD
LG