Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Bu yaxınlarda təhsil naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycanda 33 min adam elmlə məşğul olur.

Digər tərəfdən hər il dövlət büdcəsindən elmə müəyyən vəsaitlər ayrılır.

Elə isə Azərbaycan alimlərinin son 10 ildə çoxlarının yadında qala biləcək bir elmi tapıntısı, kəşfi, iqtisadiyyata bəhrə verəcək bir yeniliyi olubmu?

Ölkə üzrə 51 universitetin olduğu deyilir və alimlər elmə ayrılan pulun azlığından daim gileylənirlər. Bəlkə də haqlıdırlar, amma doğrudanmı heç olmasa ayrılan pullarla bir iş görmək mümkün olmur?

Bu kontekstdə yeni yaradılan texnopark da sadəcə bərbəzəkli adı olan yeni bir “elm ocağı” olmayacaq ki?

Təhsil üzrə ekspert Vurğun Əyyub deyir ki, Azərbaycanda elmin inkişafı üçün ayrılan vəsait çox azdır. Ekspert bununla yanaşı elmin inkişafına ayrılan vəsaitin xərclənməsi üçün konsepsiyanın olmadığını da qeyd edir.

Digər ekspert Nadir İsrafilovun fikrincə başqa sahələrdə olduğu kimi Azərbaycan elm sahəsində də beynəlxalq təcrübəni öyrənməyə çalışır. Onun sözlərinə görə bu sahədə yeniliklər tətbiq olunsa da,nəticə hələ görünmür. Ekspert deyir ki, elmə ayrılan vəsaitlərin səmərəli istifadə olunmasından çox şey asılıdır.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirir ki, elmə ayrılan pullar istənilən səmərəni verməyib.

Onun sözlərinə görə ölkədə inkişaf kompleks olduğu üçün elmə də diqqət və vəsait ayrılır. Ancaq görüləcək işlər barəsində verilən tapşırıqların ciddi icra olunmasından da çox şey asılıdır.

Əgər tapşırıqlar ciddi icra olunarsa, bu, öz nəticəsini verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG