Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:46

Azərbaycanın 100 illik qazı yoxdur...


“Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim və istehlakçılar üçün kifayət edəcək”.

Bu sözləri prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və onun həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə verilən rəsmi ziyafətdə demişdi.

İqtisadçı ekspert İlham Şaban isə deyir ki, prezidentin mesajı daha çox neftlə bağlıdır və Azərbaycan əhalisinə yox, daha çox öz ətrafına və məmurlara hesablanıb.

Digər iqtisadçı Natiq Cəfərli isə düşünür ki, Azərbaycan ən yaxşı halda 2020-ci ildə 10 milyard kibmetr qaz sata biləcək. Bu isə Avropanın çox cüzi tələbatını ödəyəcək. Ekspert deyir ki, təbii qazın qiymətinin aşağı düşdüyünü də nəzərə alsaq,gələn gəlir xeyli az olacaq.

İqtisadçı ekspert Oktay Haqverdiyev isə deyir ki, hesablamalar doğru olsa, təbii qaz 100 il olmasa da, 70-80 il bəs edəcək. Ekspert onu da qeyd edir ki, Azərbaycan iqtisadiyyatında hər zaman enerjinin yeri olacaq.

XS
SM
MD
LG