Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:02

Əlil: 'Bir gün o park, bir gün bu parkda gecələyirik'


Yalçın Dəmirovun qəzalı evi
Yalçın Dəmirovun qəzalı evi


“Bir gün o parkda, bir gün bu parkda... Qalmağa yerimiz yoxdur. Dədə-babadan qalan evimizə gəlincə, bizi oradan çıxarıblar ki, “yazıqsınız, dağılacaq, qalacaqsınız altında...”

“HEÇ BİR QURUMA YAXIN DÜŞƏ BİLMİRƏM”​

Yalçın Dəmirov 20 yanvar əlilidir. Hacıqabulun Qızılburun kəndində qeydiyyatındadır. Ancaq son 1 ildə Hacıqabulun və Bakının əksər parkları onun və ailəsinin məskəninə çevrilib. Dədə-babadan qalma 100 illik daxmanın başına uçacağını bilər-bilməz, bir az pal-paltar və uşaqlarını götürərək evdən çıxıb:

Yalçın Dəmirov
Yalçın Dəmirov

“Üç uşaq, həyat yoldaşım, bir də özüm... Soyuqda çadır qururuq, istidə birtəhər keçinə bilirik. Əvvəl bir az rayonda məktəbin həyətində qaldıq, icra hakimiyyətindən gəlib dedilər ki, “uşaqlar dərsə gəlib-gedir, burda qalmaq olmaz”. Dedim, “dərsə gəlib gedənlər uşaq hesab olunur, mənim çadırda saxladığım balalarım yox?” Çıxdıq gəldik Bakıya, heç bir quruma yaxın düşə bilmirəm. Hansına yaxın düşsəm, çadırımı qarşısında quracam”.

Yalçın Dəmirovun qəzalı evi
Yalçın Dəmirovun qəzalı evi

1 il əvvəl rayon icra hakimiyyəti başçısının birinci müavini və qurumun bir neçə şöbə müdiri əlilin özülsüz, torpaq üzərində gildən tikilmiş evinə baxış keçiriblər. Evdə yaşamağın təhlükəli olduğunu deyərək ailənin kənarda yaşamasını məsləhət görüblər. Ancaq harada? Bax, əlilin bu sualı havada qalıb. Rayonda probleminə çarə tapa bilmədiyindən çadırını və ailəsini qoltuğuna vuraraq Bakıya yollanıb. Bir neçə dəfə Prezident Administrasiyasının qarşısında çadır qurmağa cəhd edib, ancaq qarşısı alınıb.

Yalçın Dəmirovun qəzalı evi
Yalçın Dəmirovun qəzalı evi

Buna da naxın: Prokurorluq Natiq Cəfərlinin İlqar Məmmədovun köməyi ilə qrant aldığını bildirir (Yenilənib)

“FONDDA BOŞ EV YOXDUR”

Hacıqabul rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Yalçın Dəmirova kömək etməyə hazırdılar, amma imkan olan yerdə... “Ona nə köməklik lazımdırsa, etmişik. Maddi köməklik də etmişik. Evinin təmirinə kömək də eləmişik, fondumuzda boş ev yoxdur, vətəndaşlara ev tikintisi də aparılmır. Əlildir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsin, onu əlil kimi mənzil növbəsinə götürsünlər”, – qurumun sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən bildirilib.

Ancaq Yalçın Dəmirovun evinin qəzalı olması barədə aktı elə ötən il iyulun 2-də Hacıqabul rayon icra hakimiyyətinin vəzifəli işçiləri tərtib ediblər. Başda icra hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov olmaqla, şöbə müdirlərinin də imzaladıqları Aktda qeyd edilir:

Evin qəzalı olması barədə akt
Evin qəzalı olması barədə akt

“... Evə baxış keçirilərkən dam örtüyünün qamış və palçıqdan, döşəməsinin torpaqdan olması, divarlarında çatlar müəyyən edilib. Ev qəzalıdır və yaşayış üçün təhlükəlidir”.

Buna da baxın: NİDA-çı gənc narkotik maddə ittihamı ilə 4 aylıq həbs edilib (Yenilənib)



UYĞUN SƏNƏD OLMALIDIR

Əlilin gileyi həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəndir. O, əlil kimi mənzil növbəsinə götürülməməsindən narazıdır. Ancaq bu qurumdan “Qaynar xətt”ə bildirilib ki, əlilləri özbaşına mənzil növbəsinə götürmürlər. Bundan ötrü əlilin yaşadığı yer üzrə icra hakimiyyətinin müraciəti və əlilin yaşadığı evin qəzalı olması barədə uyğun sənəd olmalıdır.

Yalçın Dəmirovun övladları məktəblidir. Atanı tam 1 aydan sonra uşaqların məktəbə hansı qapıdan çıxıb hansı məktəbə gedəcəyi düşündürür. Hələliksə, valideynlərinin böyrünə düşüb evsizlikdən küçəbəküçə dolaşan balacalar “həyat dərsi” keçməkdədilər.

XS
SM
MD
LG