Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:15

►700 min üzv məsələsi...

“Hakim Yeni Azərbaycan partiyasının inzibati yollarla öz üzvlərinin sayını 700 min nəfərə çatdırması daha artıq dərəcədə totalitar cəmiyyət formalaşdırmaq istəyidir ”.

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hakim partiya üzvlərinin sayı barədə açıqlanan son statistikanı şərh edərkən bildirib.

Ə. Kərimli bu barədə özünün facebook səhifəsində yazıb.

Ə. Kərimlinin düşüncəsinə görə, YAP-ın üzvlərin sayının artırılması ölkəni Şimali Koreyaya çevirmək istəyidir:

“Azərbaycandakı rejim hətta Rusiyadan da totalitar cəmiyyət formalaşdırmaq istəyir. Rusiyada aylıq əmək haqqı alan işçilərin sayı 69.5 milyon , hakim “Vahid Rusiya” partiyasının üzvlərinin sayı isə 2 milyon 100 min nəfərdən bir az artıqdır. Başqa sözlə iqtidar partiyasının üzvlərinin sayı aylıq maaş alanların sayının təqribən 3 faizinə bərabərdir”

Ə. Kərimli qeyd edib ki, Azərbaycanda cəmi 1 milyon 494,7 min nəfər muzdlu işçi var.

____________________________________________________________

Bunlara da bax:
«Xəstə» Beynəlxalq Bankın uzunmüddətli müalicəsi
Robotla seks, hətta nigaha girmək mümkün olacaq

____________________________________________________________

“İqtidar partiyasının üzvlərinin sayını isə 700 minə çatdırdılar. Beləliklə, Azərbaycanda YAP üzvlərinin sayı aylıq maaş alan işçilərin sayının 47 faizi qədərdir. Xalq olaraq bu prosesi durdurmalıyıq . Bunlar Şimali Koreya standartlarıdır” - deyə Ə. Kərimli qeyd edib.

YAP rəhbərliyi bir neçə gün əvvəl 700 mininci üzvə təntənəli mərasimlə partiya biletini təqdim edib.

Həmin mərasimdə bildirilmişdi ki, partiyaya üzv olmaq istəyənlərin çoxu gənclərdir.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun RADİO proqramında (9 may)

Zaqatalada 4 ildi yardım gözləyən zəlzələ qurbanları
Bakı sakinləri veteranların medallarını satışa çıxaranlar haqda nə düşünür

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (9 may)

Leyla Əliyevanın London mülkü - The Mail on Sunday qəzeti fotolar yaydı

Günün bütün mövzuları

XS
SM
MD
LG