Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:46

Əli İnsanov məhkəmədən ədalətli qərar gözləmir


Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»

Azadlığa çıxmasına 57 gün qalmış əlavə maddələr ilə ittiham edilən, 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən sabiq səhiyyə naziri Əli İnsanovdan xəbər var.

«Yeni Müsavat2 saytının xəbərinə görə, vəkili Toğrul Babayev onunla təcridxanada görüşüb.

T.Babayevin bildirməsinə görə, Ə.İnsanov deyir ki, təcridxanasında su pulla verilir: «Təcridxana çox isti olur. Sərinkeş yoxdur. Bizim əlavə cinayət maddələrinin irəli sürülməsi ilə bağlı apellyasiya şikayəti vermək hüququmuz var idi. Amma məsələ burasındadır ki, Əli İnsanovla bağlı qərar həbs-qətimkan tədbirinin seçilməsi deyil. Bu, etapla əlaqədar seçilib. Onun barəsində oktyabrın 20-dək hökm qərarı var idi. Bununla əlaqədar etap barədə qərar seçdilər, oktyabrın 23-dək qərardan şikayət vermədik. Çünki məhkəmə etap barədə qərar verdi, saxlanılması barədə yox. Oktyabrın 23-dək istintaqın bitəcəyi barədə fikir söyləmək çətindir. Bunu ən yaxşı prokuror bilir».

T.Babayev deyir ki, Ə.İnsanov bütün ittihamları rədd edir: «Hesab edir ki, onu həbsdə saxlamaq üçün belə düşünülmüş ssenaridən istifadə edirlər. Onun həbsdən azad olunmasına 57 gün qalmışdı. Hər hansı bir məntiqə uyğun gəlmir ki, 11 il cəza çəkən şəxs azadlığa çıxmasına 57 gün qalmış Penitensiar Xidmətin əməkdaşına bir akta görə onu cırmaq üçün hücum etsin. Akt cırılıbsa, təzədən yenisi ilə əvəzlənsin. İnandırıcı ola bilməz ki, aktla bağlı əməkdaşa hücum etsin, onu itələsin, başı divara dəysin. Əli İnsanov bu ittihamların heç birini qəbul etmir».

Buna da bax-Əli İnsanov həbsxanaya qanunsuz maddələri necə 'keçirib'?

«MƏN NƏ QƏDƏR EHTİYATLI OLSAM DA…»

Vəkil bildirir ki, sabiq nazir məhkəmədən də ədalətli heç nə gözləmir: «Son dərəcə sakit və nikbindir. Səhhəti də normaldır. Bizim əvvəldən əlavə cinayət işinin açılacağı barədə ehtimallarımız var idi. Xatırlayırsınızsa, iyun ayında mətbuatda məlumat yayılmışdı ki, Əli İnsanova qarşı belə bir cinayət işi qaldırılıb. Bu məlumatları təkzib etmişdik. Əli İnsanovla bağlı bu barədə söhbətimiz olanda demişdik ki, son dərəcə ehtiyatlı olmaq lazımdır. O bizə demişdi ki, mən nə qədər ehtiyatlı olsam da, hər hansı bir əməkdaş, şəxs üzümə durub hansısa hadisəni törətdiyimi deyə bilər, çünki bura qapalı yerdir. Onun 70 yaşı var, alim adamdır. Cəza çəkdiyi 11 illik müddətində həbsxanada heç bir qanun pozuntusuna yol verməyib. O ki qaldı, kiməsə hücum eləsin, xəsarət yetirsin».

Avqustun 24-də 13 saylı cəzaçəkmə müəssisində sabiq nazirə CM-nin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Ə.İnsanov avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə oktyabrın 23-dək 1 saylı Bakı İstintaq Təcridxanasına etap olunub. Yeni qaldırılmış cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğu aparır.

Ə.İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və bir sıra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Ə.İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Ə.İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG