Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:49

-

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun qarajı özünün və ailəsinin xəbəri olmadan 50 min manata tikinti şirkətinə satılıb.

Bu məsələnin üstü bir xeyli sonra açılıb və Əli İnsanov qarajını satmış Vəfa Əlizadə adlı şəxsə qarşı məhkəmədə iddia qaldırıb.

Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib və Vəfa Əlizadənin keçmiş nazirə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb.

Qətnamə uzun müddət icra olunmayıb və Əli İnsanovun müdafiəçiləri müəyyənləşdirib ki, Vəfa Əlizadənin adına bankların birində səhmlər var.

Bu dəfə vəkillər səhmlərin bir hissəsinin (50 min manatlıq) üzərinə həbs qoyulması tələbilə məhkəməyə müraciət edib. Məhkəmə səhmlərin üzərinə həbs qoyulması barədə qərardad çıxarıb. Amma qərardad icra olunmur.

Əli İnsanov bu dəfə də Nəsimi Rayon İcra Şöbəsinin rəisi və sözügedən qərarın icrasına məsul olan Ramin Muradova qarşı iddia qaldırıb.

İddiada bu vəzifəli şəxslərin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bu qanunsuzluq nəticəsində dəyən mənəvi ziyana görə 50 min manat təzminat ödənilməsi tələbi qoyulub. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi iddianı qismən təmin edib - yalnız icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilib. Ramin Muradov həmin qərardan apellyasiya şikayəti verib və barəsindəki qərarın ləğvini xahiş edib. (Ardı aşağıda)

Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində həmin şikayətə baxılıb.

Məhkəmə iclasında Ramin Muradov bildirib ki, bu qərarın icra olunmamasında heç bir günahı yoxdur: "Hər hansı qərarın icrası, hansısa əmlakın üzərinə həbs qoyulması və s. məsələlərlə bağlı məktub və müraciətləri şöbənin rəisi imzalayır".

"Əli İnsanovun bütün əmlakını bu adam satıb. Nə yaxşı, həmin qərarları icra eləyirdi, bunu niyə icra eləmir?", - deyə Əli İnsanovun vəkili Ağaveyis Şahverdi icra məmurunun dediklərinə etiraz edib.

Apellyasiya məhkəməsi icra məmurunun şikayətini qismən təmin edib - 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG