Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:09

Y.Qəhrəmanoğlu sərbəst buraxılıb


Yalçın Qəhrəmanoğlu
Yalçın Qəhrəmanoğlu

-

«Yalçın Qəhrəmanoğlu mayın 31-dən iyunun 1-ə qədər saxlanıb. Artıq o sərbəstdir».

Bunu Y.Qəhrəmanoğlunun yaxınları AzadlıqRadiosuna bildiriblər.

Yaxınlarının dediyinə görə, Y.Qəhrəmanoğlu elə aeroportdakı polis bölməsində saxlanıb. Saxlanmasına səbəb kimi isə ona sərhəddə «stop» qoyulması göstərilib. Amma yaxınlarının deməsinə görə, Y.Qəhrəmanoğlu özü də bilmir ki, bu «stop» nə ilə bağlıdır. Üstəlik, Y.Qəhrəmanoğlu qayıdanda saxlanıb- saxlanmayacağını da bilmir. «Ona qarşı kobud davranılmayıb, anasının hüzründə iştirak edib. Bu gün 3 mərasimidir»,- deyə yaxınları qeyd edib.

Y.Qəhrəmanoğlu mayın 31-də Kiyevdən Bakıya anasının hüzrünə gələrkən Bakı aeroportunda saxlanıb. O, vaxtilə «Qərbi Azərbaycana Qayıdış» ictimai birliyinin sədr müavini olub. Keçmiş səhiyyə naziri Əli İnsanov həbs edildikdə onun hüquqlarının müdafiəsinə qoşulub. Son 5 ili isə Y.Qəhrəmanoğlu Ukraynada yaşayıb. Hazırda Milli Şuranın üzvüdür.

XS
SM
MD
LG