Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:39

Əli İnsanovun qardaşı vəfat edib


Arxiv fotosu: Əli İnsanov məhkəmədə dəmir barmaqlıqlar arxasında.
Arxiv fotosu: Əli İnsanov məhkəmədə dəmir barmaqlıqlar arxasında.

-

Azərbaycanın hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd İnsanov vəfat edib.

Bu barədə AzadlıqRadiosuna Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib.

Onun dediyinə görə, M.İnsanov oktyabrın 26-da Bakının Qaraçuxur qəsəbəsində dəfn olunacaq.

Vəkil dəfndə Əli İnsanovun da iştirakına icazə üçün hələ ki Ədliyyə Nazirliyinə müraciət etmədiyini deyir:

«Hələ özü ilə görüşüb bu barədə fikrini öyrənməmişəm. Ona görə də müraciət olunmayıb. Yalnız görüşdən sonra bu barədə qərar veriləcək».

Cəzaların İcrası Məcəlləsinə görə, Əli İnsanova yas mərasimində iştirak etmək üçün 7 gün müddətinə məzuniyyət verilə bilər.

Əli İnsanov 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olunub. Daha sonra ittiham ayrı icraata götürülüb. 2007-ci ilin aprelində o, iqtisadi cinayətlərə görə mühakimə olunub və 11 il azadlıqdan məhrum edilib. Sonradan Ə.İnsanov hüquq-müdafiə təşkilatları tərəfindən «siyasi məhbus» kimi tanınıb.

Əli İnsanovdan məhkəmədə İlham Əliyevə mesaj

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG