Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:45

-

Hökumət iyulun 22-si, Milli Mətbuat Günündə keçirdiyi tədbirə bir sıra tənqidi mövqeli mətbuat nümayəndələrini dəvət etməyib.

Tədbirdə çıxış edən dövlət başçısının köməkçisi Əli Həsənov deyib ki, Azərbaycanda müstəqil KİV-in azad fəaliyyətindən ötrü hər cür şərait yaradılıb.

Onun sözlərinə görə, KİV azadlığı və fikir plüralizmi olmadan Azərbaycanın inkişaf perspektivi yoxdur. O, son illər hakimiyyətin KİV-in ehtiyaclarına 50 milyon manat ayırdığını bildirib.

“Bundan başqa, mətbuat orqanlarına dəfələrlə birdəfəlik maliyyə yardımı göstərilib, borcları silinib. Jurnalistlər üçün yaşayış evi tikilib və daha bir ev tikilir”, deyə Həsənov bildirib.

Buna da bax: Seymur Həzi həbsxanadan yazdı: Daima işığa can atmalıyıq

Azərbaycan beynəlxalq mətbuat azadlığı reytinqlərində son yerləri tutur. Ölkə həbsdə olan jurnalist və blogerlərin sayına görə, Avropada liderlərdən sayılır.

Azərbaycanın mətbuat sahəsindəki qanunvericiliyi dəfələrlə sərtləşdirilmə istiqamətində dəyişdirilib.

2005-ci il martın 2-də öldürülən “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qatilləri isə, hələ də, tapılmayıb. Halbuki, prezident qətldən həmən sonra günahkarların tezliklə tapılacağına söz vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG