Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:16

Elgiz Qəhrəmana 5 il yarım iş kəsildi


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman 5 il 6 ay azadlıqdan məhrum edildi. Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

“BİRİ RUS DİLİNDƏ İDİ”

Hökmdən əvvəl Elgiz Qəhrəman məhkəmədə son sözünü deyib. Günahsız olduğunu, narkotiklə şərləndiyini deyən gənc fəalın sözlərinə görə, məhkəmədə hal şahidi kimi dindirilənlərin də, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının da ifadələri həqiqətə uyğun deyil:

"Mən hal şahidi kimi tanınan adamları "Bandotdel"də görmüşəm. Orada oturub məni gözləyirdilər. Onlar nə mən saxlanılanda yanımda olublar, nə evimizə baxış keçiriləndə. Mənim cibimə narkotik atan da, Fethullah Gülen-lə (ABŞ-da yaşayan ilahiyyatçı, Türkiyə hakimiyyəti onu ötən ilin iyulunda çevriliş cəhdinin arxasında durmaqda ittiham edir, o isə bunu yalan adlandırır – red.) əlaqələr barədə izahat yazmağa məcbur edən də "bandotdel"də əməliyyat müvəkkili Şahlar Cəfərov olub. Evimizə iki dini kitab qoyub, özləri də götürmüşdülər. Biri rus dilində idi. Halbuki, mən heç rus dilini bilmirəm. Gülen haqda izahatda yazdırmışdılar ki, guya onunla telefon əlaqəsi saxlayıram, görüşmək istəmişəm alınmayıb".

Buna da bax:​ Elgiz Qəhrəmanın 'son söz'ü əlindən alınıb

“BƏLKƏ DƏ MƏNİ SƏHV SALIB TUTUBLAR”

BMCMİ-də işgəncələrə məruz qaldığını deyən Elgiz Qəhrəmanın sözlərinə görə, bu idarənin şöbə müdiri Kərim Əlimərdanov bir tərəfdən otağında “Quran” saxlayır, o biri tərəfdən əlləri qandallı vəziyyətdə dəyənəklə onu döyüb.

Həbsinin əsl səbəbini hələ də anlamadığını vurğulayan Elgiz Qəhrəman çıxışının sonunda məhkəmədən bəraət istəyib: "Bəlkə də məni səhv salıb tutublar".

Buna da bax: Gənc fəal: 'Əməliyyat müvəkkilinin otağında beysbol zopaları var idi'

Təxminən beş dəqiqəlik müşavirədən sonra hökm elan olunub.

Məhkəməni izləməyə gələnlər hökmə "Elgiz başqan!" şüarıyla reaksiya verib.

Vəkil Nemət Kərimli hökmün qanunsuz və ədalətsiz olduğunu bildirib və apellyasiya şikayəti veriləcəyini deyib.

Buna da bax-Məhbus anası: 'Məni ən çox ağrıdan uşağımın soyundurulub işgəncə verilməsidir'

XATIRLATMA

E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

Prokuror gənc fəala 6 il həbs cəzası istəmişdi.

Elgiz Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG