Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

NIDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın Kürdəxanı təcridxanasına köçürüldüyü bildirilir.

Bunu vəkil Nemət Kərimli deyib. «Müstəntiq mənə bildirib ki, Elgiz Qəhrəman Kürdəxanı təcridxanasına göndərilib»,-deyə o qeyd edib.

Vəkil günün ikinci yarısında E.Qəhrəman ilə görüşməyə çalışacağını söyləyib.

E.Qəhrəman avqustun 12-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilir. Avqustun 13-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Qəhrəman barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

NİDA Vətəndaş Hərəkatı bəyanat verərək məhkəmə qərarından sonra E.Qəhrəmanın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ( BMCMİ) saxlanmasına etiraz etmişdilər. Onlar idarədə gənc əqidə yoldaşlarına təzyiq edilməsindən narahat idilər. Vəkillər də bunu qanunsuz sayırdılar. Onların deməsinə görə, əgər şəxs məhkəmə hökmü ilə uzunmüddətli həbs edilibsə, onun BMCMİ-də saxlanması düzgün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG