Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:58

Əli Kərimli: 'Əliyevin şəklinin manata vurulması rüsvayçılıq olardı'


“Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır”.

Oktyabrın 14-də Milli Məclisin iclasında ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov belə deyib və fikrini belə əsaslandırıb:

“Dünyanın bir neçə ölkəsində bu ənənə var. Heydər Əliyevin adı hər yerdə olmalıdır”.

“Vaxtilə Azərbaycanın milli valyutası Rəsulzadənin şəkilləri ilə çap olunub”

Əli Kərimli: 'Bu hakimiyyət bir zamanlar təbliğat apardı ki, manatın üstündə heç kimin şəkli olmamalıdır'
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

AXCP sədri Əli Kərimli belə deyir. O hökuməti “avantürist addımdan” çəkinməyə çağırır:

“Vaxtilə Azərbaycanın milli valyutası Rəsulzadənin şəkilləri ilə çap olunub. Bu, məntiqlidir. Bir sıra ölkələrdə milli valyutanın üzərində ölkənin qurucusunun şəkli var. Bu hakimiyyət bir zamanlar təbliğat apardı ki, manatın üstündə heç kimin şəkli olmamalıdır. Bu bəhanəylə pul vahidlərinin üstündən Rəsulzadənin şəklini götürdülər. İndi Heydər Əliyevin şəklini manata vursalar, bu, sadəcə, biabırçılıq olacaq”.

Əli Kərimli: 'Bəhanəylə pul vahidlərinin üstündən Rəsulzadənin şəklini götürdülər'
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

Buna da bax:​ 'Manatın üzərində Heydər Əliyevin şəkli olmalıdır'

Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan sonra ilk dövrdə milli valyutanın üzərində Cümhuriyyətinin Qurucusu Məmməd Əmin Rəsulzadənin şəkli əksini tapmışdı.

2000-ci illər başlanandan bəri Rəsulzadənin şəkli olan min manatlıqlar tədricən dövriyyədən yığışdırıldı və milli əskinaslardan neft buruqları “borlandı”.

“İkisinin də - Rəsuzladənin də, Əliyevin də şəkli olsun”

Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə belə düşünür:

Rəis Rəsulzadə: 'Hər ikisinin şəkli olmalıdır. Ayrıseçkilik etmək lazım deyil'
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00
Direct-ə keçid

“Dolların üstündə bütün prezidentlərin şəkli varsa, Azərbaycanda da bu mümkündür. Hər ikisinin də şəkli olmalıdır. Ayrıseçkilik etmək lazım deyil”.

Buna da bax:​ Azərbaycan manatının son 100 illik tarixi fotolarda

Müsavat Partiyası başqanı Arif Hacılının qənaətincə, milli valyuta üzərində, adətən, dövləti quran şəxsiyyətlərin şəkilləri həkk olunur:

“Dövlət qurucularının - Rəsulzadə və Elçibəyin şəkilləri olsun”

“O baxımdan dövlət qurucusu kimi, Rəsulzadənin şəklinin manat üzərində olması daha düzgün olardı. Heydər Əliyevsə Azərbaycanda dövlət qurmayıb, hakimiyyət yaradıb. O, faktik olaraq, yaxınlarının, partiyadaşlarının hakimiyyətdə möhkəmlənməsini təmin edib. Azərbaycanda dövlət quruculuğu sahəsində həlledici rolu olan şəxsiyyətlər Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəydir. Manatın üzərinə hökmən şəkil vurmaq lazımdırsa, bu şəxsiyyətlərin, o cümlədən Şah İsmayil Xətai kimi dəyərli şəxsiyyətlərin rəsmi vurulmalıdır”.

Arif Hacılı onu da deyir ki, müasir dünyada milli valyuta üzərinə hər hansı siyasi liderin şəkli vurulmur və bu, daha məqbuldur.

Buna da bax:​ Manatın dövriyyəyə buraxılmasından 24 il keçir

Deputatlar üstünlüyü H. Əliyevə verirlər

YAP-çı deputat Nizami Cəfərovun fikrincə, manatın üzərində Heydər Əliyevin şəkli olmalıdır. Deputat düşünür ki, onun milli dövlətçiliyin qurulmasında xidmətləri həm Məmməd Əmin Rəsulzadədən, həm də Əbülfəz Elçibəydən üstündür.

Bitərəf deputat Rəfael Cəbrayılov da üstünlüyü “hüquqi, siyasi və mənəvi baxımdan” Heydər Əliyevə verir: “Hər bir proses sonuna görə qiymətləndirilir. Ona görə deyirlər ki, qaliblər mühakimə olunmurlar. O dövləti (Azərbaycan Cümhuriyyətini nəzərdə tutur – red.) bəyanat şəklində elan etdilərsə, onu qoruyub saxlayan Heydər Əliyev oldu. Müstəqil Azərbaycan dövləti 1920-ci ildəki taleyi yenidən yaşaya bilərdi. Bu baxımdan manatın üzərində Heydər Əliyevin şəkli olmalıdır”.

Deputat, bununla belə, manatın üzərində heç də başqa siyasətçilərin, tanınmış insanların rəsminin olmasını istisna etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG