Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Ölkə parlamenti «Tütün və tütün məmulatı haqqında» və «Çayçılıq haqqında» qanunlara dəyişiklik edəcək. Parlamentin Aqrar siyasət komitəsi noyabrın 3-də müvafiq qanun layihələrini müzakirə edib.

Komitə sədri Eldar İbrahimov layihələr barədə bilgi verib.

O deyib ki, təklifləri Milli Məclisə prezident İlham Əliyev göndərib.
E.İbrahimovun bildirməsinə görə, təklif edilən dəyişikliklər vətəndaşların sağlam həyat tərzinin təmin olunması və tütün məmulatlarının insanların əhvalına mənfi təsirinin önlənməsi məqsədi daşıyır.

Layihədə tütün, siqaret alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan olunur. Bundan ötrü qanuna 20.1.5-ci maddə əlavə edilir.

Qanunun 20.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütün və tütün məmulatının, onun ləvazimatlarının, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. Həmçinin, tütün və tütün məmulatı istehsalı, satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

«Çayçılıq haqqında» Qanuna təklif olunan dəyişiklikdə «Azərbaycan qanunvericiliyi» sözü «Reklam haqqında» qanun sözü ilə əvəzlənib. Yeni redaksiyaya əsasən, çay məhsullarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı yalnız «Reklam haqqında» qanuna uyğun həyata keçirilir.

Komitə təklifləri parlamentin plenar iclasına tövsiyə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG