Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Məcəllədə dəyişiklik: İqtisadi iddialar elektron qəbul ediləcək


Klaviatura

Klaviatura

Bundan sonra iqtisadi məzmunlu iddialar məhkəmələrə elektron qaydada verilə biləcək.

Prezident İlham Əliyev bununla bağlı noyabrın 8-də Mülki-Prosessual Məcəlləyə edilən dəyişiklikləri təsdiqləyib.

Həmin sərəncama əsasən, Məcəlləyə 4.4, 138.5 və 272.4-1 maddələr əlavə edilib.

Buna da bax:​ Ölkədən çıxmağınıza qadağa qoyulubmu?- Saytdan öyrən

4.4-cü maddədə iddia, ərizə və şikayətlərin yazılı forma ilə yanaşı elektron variantda da verilməsinin mümkünlüyünü nəzərdə tutur.

138.5-ci maddə məhkəmə bildirişlərinin elektron qaydada yerləşdirilməsini mümkün sayır.

Əlavə edilən 272.4-1 maddədə isə iqtisadi məsələlər üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio çəkilişini nəzərdə tutur. Bu çəkilişlər diskdə protokola əlavə edilməli və iqtisadi mübahisə iştirakçılarına və onların qanuni təmsilçilərinə təqdim edilməlidir.

Buna da bax: Apellyasiya Şurasına şikayətlər elektronlaşdırılıb

Azərbaycanda siyasi məsələlərlə bağlı məhkəmələrdə yalnız hakimin razılığı ilə 5 dəqiqə çəkilişə icazə verilir. Müstəqil KİV-lərə də bu imkanlar yaradılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG