Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

-

Tokio Universitetinin əməkdaşları süni dəri hazırlayıblar.

Xəbər «Science Advances» dərgisində diqqətə yetirilib.

Ultranazik, möhkəm elektron dəri dartılma və qırışlara davamlı, elastik və incədir.

Süni dərini təbii təsirlərdən qorumaqdan ötrü alimlər silisium oksinitritin və parilen qatdan xüsusi qoruyucu örtük hazırlayıblar. Bu örtük oksigenin və su buxarlarının elektron dəriyə nüfuz etməsinə imkan vermir.

Süni dəri enerjini kənardan aldığından toxunuş hissi yaratmır, ancaq gələcəkdə onun enerjini bədən temperaturundan alacağı və ya elastik batareyalardan istifadə edəcəyi gözlənilir.

Tədqiqatçılar deyirlər ki, elastik üzvi sensorlar əməliyyat zamanı və əməliyyatdan sonra qanda oksigenin səviyyəsini izləməkdən ötrü daxili orqanlara yerləşdirilə bilinəcək.

Son zamanlar süni dəri hazırlanmasında irəliləyiş diqqət çəkir. Bugünədək rütubəti, təzyiqi hiss edən, saçları uzadan və hətta tərləyə bilən süni dərilər hazırlanıb.

XS
SM
MD
LG