Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 17:28

►“Elektrik enerjisinin qiyməti, yəqin ki, yaxın illərdə yenə bahalaşacaq”.

Energetika Mütəxəssisləri Assosiasiyasının direktoru Rəsul Süleymanov Turan-a açıqlamasında belə deyib.

O, “Azərenerji ” ASC-nin potensialından lazımınca istifadə edilmədiyini qeyd edib.

““Azərenerji” ASC gücünü 4 min MVt-dan (1990-cu il) 8 min mVt-ya qədər artırıb. Elektrik enerjisinin istehsalı isə 24 mlrd kVt/s-dan 25 mlrd kVt/s-a qədər yüksəlib . Tələbat olmadığından obyektlərin gücündən tam istifadə edilmir”, o, bildirib.

R. Süleymanovun fikrincə, mövcud tariflər istehsalçıların xərcini ödəmir. Dövlət dotasiyaları və “Azərenerji”ASC-nin borclarına zəmanətə baxmayaraq, elektrik enerjisinin tariflərinin ucuz olması və obyektlərin bütün gücündən istifadə edilməməsi istehsalın rentabelliliyini azaldır.

Buna da bax: Deputat çıxış yolunu Günəş enerjisində görür

Azərbaycanın enerji ixracına gəldikdə, R.Süleymanov deyib ki, ASC-nin bu sahədə planları baş tutmayıb.

Onun deməsinə görə, elektrik enerjisinin Türkiyənin şərq hissəsinə tədarük planı fiaskoya uğrayıb. İxracın Gürcüstan istiqaməti də azalıb. Ekspertin gəldiyi nəticəyə görə, hətta pərakəndə tariflərin 7 qəpiyə qədər artırılması da itkiləri qarşılamır:

“Nəzərə almaq lazımdır ki, ötən il qazın 1000 kub metrinin 100 dollara qədər artırılması, kredit borclarının həcmi ilə müqayisədə rentabellikdə özünü çox göstərmədi. Əlavə istehsal obyektlərinin tikintisi xarici kreditlə aparılırdı. “Azərenerji” ASC-nin Asiya İnkişaf Bankı (AİB), Dünya Bankı (DB), Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC), Avropa Yenidənqurma və İnkişaf Bankı (AEİB) və Almaniya İnkişaf Bankına (КfW) borc öhdəlikləri artan xarici valyutadadır. Əsas gəliri isə manatladır”. (Ardı aşağıda)

"Hökumət pulu bizim cibimizdən çıxarır"

Ötən həftə Tarif Şurası elektrik enerjisinin qiymətlərini bahalaşdırıb. 15 iyuldan 1 KVt/saatın topdan qiyməti 4,3 (4,6 faiz bahalaşma), pərakəndə qiyməti isə 7 qəpikdir (14,3 faiz bahalaşma).

Hökumət tariflərin qaldırılmasını sonuncu dəfə elektrik enerjisinin qiymətinin uzaq 2007-ci ildə dəyişdirilməsi, ötən müddətdə xərclərin artması ilə izah edib.

Ancaq Azərbaycanda elektrik enerjisi istehsalının rentabelli olmamasını itkilərin çoxluğu və bu sahədə şəffaflığın azlığı ilə izah edənlər də var.
Rəsmi məlumatlara görə, son 10 ildə Azərbaycanda elektrik enerjisinin artırılmasına, enerji paylayıcı şəbəkənin yenidən qurulmasına 4 milyard manat sərmayə qoyulub.

Bu vəsaitin əsas qaynağı dövlət büdcəsi və xaricdən cəlb olunmuş kreditlərdir. 2007-2014-cü illərdə texniki itki kimi təqdim olunan enerjinin ümumi həcmi ölkədə bir ildə generasiya olunan enerjinin həcminə, yəni 28,5 milyard kilovat-saata bərabərdir.

Bu isə bəzi ekspertlərin fikrincə korrupsiyadan xəbər verir.

Buna da bax: İşığın bahalaşması kimə daha çox ziyan vuracaq- [Video]

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG