Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:22

«Qiyamçı müstəntiq»in istintaqı yekunlaşıb


Rüfət Səfərov
Rüfət Səfərov

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov barəsində cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə R. Səfərovun vəkili Bəhruz Bayramov Azadliq.info-ya bildirib.

Vəkilin sözlərinə görə, onlar artıq iş materialları ilə tanış olublar. Cinayət işinə xitam verilməsi haqda vəsatət də qaldırılıb. Lakin vəsatət təmin edilməyib. Nəticədə R. Səfərovun barəsində cinayət işi məhkəməyə göndərilib.

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, ötən il dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.

Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə evdə isə axtarış aparılıb. Mənzildən onun kompüteri, telefonu götürülüb.

Bu il yanvarın 15-də Rüfət Səfərova qarşı CM-nin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. O, həbs olunub. Yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəkilinin vəsatətini təmin edib və Rüfət Səfərov azadlığa buraxılıb.

Ölkə mətbuatında Rüfət Səfərov «qiyamçı müstəntiq» kimi xarakterizə olunur.

Rüfət Səfərov: "Məni özgür fikrimdən uzaqlaşdırmaq üçün..."
Gözlə

No media source currently available

0:00 0:07:28 0:00

Üsyankar müstəntiq azadlıqda-evindən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

XS
SM
MD
LG