Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:55

►"Rüfət söz deyib, əlində silah dövlətə qarşı çıxmayıb"

Müstəntiq vəzifəsindən istefa verən Rüfət Səfərov aclıq aksiyasına başlayıb.

AzadlıqRadiosuna açıqlamasında Rüfət Səfərov deyir ki, o, prokurorluq orqanlarında istefa verməsini açıqlayıb kənara çəkilmişdi: «İstefamın başlıca səbəbi ölkədə tüğyan edən hüquqsuzluq, ikinci səbəbi isə atama haqq etmədiyi təqdirdə ona qarşı yönələn təhqiramiz, alçaldıcı hərəkətlər olub. Bundan sonra prokurorluğun 3 əməkdaşı kabinetimə gəlib şəxsi istifadəmdə olan kompüteri, iradəm əleyhinə telefonlarımı əlimdən aldılar. Sonra gəlib evimdə axtarış apardılar».

Rüfət Səfərov deyir ki, buna etiraz olaraq aclıq aksiyasına başlayıb: «İndi səhhətim yaxşı deyil, özümü toparlayıb baş prokuror Zakir Qaralova 3 sual ünvanlayıb cavabını gözləyəcəyəm. O cavabdan asılı olaraq, ölüm aclığına başlaya bilərəm».

Keçmiş müstəntiq deyir ki, mətbuatda nənəsinin ona müraciəti olub, xahiş edir ki, qohumları ona qarşı belə həssas davranışdan çəkinsinlər.

E.SABİROĞLUNUN OĞLUNUN EVİNDƏ AXTARIŞ

İki gün əvvəl Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən hakimiyyətin qanunsuzluqlarına etiraz olaraq,istefa verdiyini açıqlayan Rüfət Səfərovun evində axtarış aparılıb.

Prokurorluq əməkdaşları evdəki kompüter və telefonları aparıblar. Bu barədə Rüfət Səfərovun atası, YAP-çı və keçmiş millət vəkili Eldar Sabiroğlu məlumat yayıb.

Oğlunun həbs olunacağını da istisna etməyən Eldar Sabiroğlu Rüfət Səfərov ətrafında baş verən son hadisələrlə əlaqədar prezident İlham Əliyevə müraciət edib:

"Rüfətin atdığı addıma görə, Respublika Prokurorluğu onu prokurorluq orqanlarından xaric etdi. Bu, normal haldır və Rüfətin hərəkətinə adekvatdır. Ancaq bir şey var ki, məni çox təəccübləndirir. Rüfət söz deyib, əlində silah dövlətə qarşı çıxmayıb. Hansısa xarici təşkilatla bir əlaqəsi yoxdur. Dövlət əleyhinə hər hansı bir çağırışla çıxış etməyib. İndi Rüfətə elə basqılar var ki, təsəvvürə gətirmək belə çətindir", - deyə Eldar Sabiroğlu müraciətində yazır.

Buna da bax: Elman Rüstəmov deyir, manatın ipi əlindədi

YAP-çı baş verənlərə görə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi ittiham edib, özünün Mehdiyev barədə yazdığı tənqidi yazılara görə ondan qisas alındığını vurğulayıb. Qeyd edək ki, Eldar Sabiroğlu indiyədək media vasitəsilə PA rəhbəri Ramiz Mehdiyevin fəaliyyətini tənqid edib.

Sabiroğlu prezidentə müraciətində vurğulayır ki, məhkəmə qərarı olmadan şəxsin əmlakını müsadirə etmək, evində axtarış aparmaq qanunsuzluqdur:

Qeyd edək ki, bu, Eldar Sabiroğlunun gün ərzində dövlət başçısına ikinci müraciətidir. Media vasitəsilə etdiyi birinci müraciətində o, siyasi istiqamətinin dəyişməz olduğunu, Heydər Əliyev, İlham Əliyev siyasətini dəstəklədiyini vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG