Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:44

-

18 oktyabr - Media icmalı

Prezidentin Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən çıxarması bu günkü qəzetlərin və internet saytların əsas mövzusudur.

Haqqın.az saytı dünən gecə Eldar Mahmudovun saxlanması xəbərini yayıb.

Xəbərdə deyilir ki, keçmiş nazir vəzifə səlahiyyətlərini aşaraq ali rəhbərliyə daxil olan şəxslərin telefon danışıqlarının dinlənilməsini həyata keçirib. Bu aşkarlandığına görə də həbs olunub. Məlumatda Eldar Mahmudovla bərabər MTN-in digər bir qrup generalının da tutulduğu bildirilir.

Qafqazinfo.az saytı bununla bağlı rəsmi qurumlarla əlaqə saxlayıb. Sayt yazır ki, xəbər təsdiq olunmayıb.

“Rəsmi qurumlardan bildirilib ki, vəzifəsindən azad olunan nazir Eldar Mahmudovun və digər generalların həbs edilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bunu sadəcə olaraq kadr dəyişikliyi kimi qiymətləndirmək lazımdır”.

MTN-nin yeni şefi Məhərrəm Əliyev olacaq?

Məhərrəm Əliyev

Məhərrəm Əliyev

Bu başlıq altnda dərc etdiyi məqalədə “Azadlıq” qəzeti yazır ki, MTN-nin yeni şefi kimi ən çox ehtimal olunan Prezident Administrasiyasının hərbi məsələlər üzrə şöbə müdiri, Bakı polisinin keçmiş rəisi Məhərrəm Әliyevdir.

“Onun şansının yüksəkliyi bununla izah olunur ki, mövcud hakimiyyət güc strukturları rəhbərlərini bir-birilə ziddiyətdə olan şəxslərdən seçməklə, tarazlığı qorumaq təcrübəsinə malikdir və bu dəfə də bu təcrübədən istifadə olunacağı daha çox gözlənilir. Məhərrəm Әliyevin əsas güc strukturu daxili İşlər Nazirliyinin rəhbərliyi ilə ziddiyyətləri isə sirr deyil. İkincisi, M.Әliyev hazırda hakimiyyətdə üstün mövqelərə yüksələn Paşayevlər qrupuna daxildir və onu indiki vəzifəsinə də bu amil gətirib. E.Mahmudov da Paşayevlər qrupuna daxildir və onun yerinə məhz M.Әliyevin gətirilməsi həm də bu qrupun sadəcə öz adamını əvəzləməklə MTN-i nəzarətində saxlaması, eyni zamanda əlavə daxili narazılıqlara yol açmamaq baxımından lazım ola bilər”.

Bakıda komendant saatı elan olunub

“Bizim Yol” qəzeti yazır ki, Bakıda yol polisi reydlərə başlayıb. 3 gündür başlayan reydlər rayon qeydiyyatı olan avtomobillərə görə keçirilir.

Polis maşını

Polis maşını

"Reydlər zamanı gündüz saatlarında küçələrdə hərəkət edən rayon qeydiyyatlı avtomobillər saxlanılır. Sürücülər cərimələnir və maşın dərhal cərimə meydançasına aparılır.

Baş Dövlət Yol Polisi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev qəzetə deyib ki, bölgələrdən şəhərə daxil olan avtomobillər cərimələnmir, məhdudiyyət onların girişinədir": Müəyyən olunmuş vaxt ərzində şəhərdəki nəqliyyat sıxlığının azaldılması məqsədilə atılan addımdır. Bu səbəbdən də rayon qeydiyyatında olan sürücülərə müraciət olunub ki, səhər saat 7-dən axşam saat 9-a qədər şəhərə giriş etməsinlər ki, paytaxtda sərbəst hərəkət mümkün olsun. Bu gün yanğınsöndürən avtomobillər, təcili tibbi yardım maşınları, polis və digər xilasetmə avtomobilləri nəqliyyat sıxlığı ucbatından hadisə yerinə gedib vaxtında çata bilmirlər. Qərar nəqliyyat sıxlığının aradan qaldırılması, insanların həyat və sağlamlığının, mülkiyyətlərinin qorunması, ümumilikdə təhlükəsizliyin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən qəbul edilib və rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulub”.

Dövlət müstəqilliyimizm təminatçısı

Arxiv fotosu

Arxiv fotosu

“Azərbaycan” qəzeti yazır ki, Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edir.

“Prezident İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışır. Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG