Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:51

Vəkil Elçin Qəmbərova cinayət işi açıldığı bildirilir.

Bu barədə «Azadlıq» qəzeti xəbər verir.

Məlumatda bildirilir ki, E.Qəmbərov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə günahlandırılır.

Xəbəri vəkilin özü ilə dəqiqləşdirmək mümkün olmayıb.

E.Qəmbərov, əsasən, həbs olunan siyasətçilərin, ictimai fəalların vəkili kimi tanınır.

Bir müddətdir ki, həbsdə olan siyasi və ictimai fəalların hüquqlarını qoruyan hüquqşünaslara qarşı təzyiqlər müşahidə edilir. Onların bəziləri Vəkillər Kollegiyasından çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG