Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:24

►Adəm Məmmədov: “Mən özüm onu məhkəməyə verəcəm”

Vəkil Elçin Sadıqov siyasi fəalları müdafiə etdiyinə görə anasına böhtan atıldığını və psixi problemləri olan bacısından istifadə edildiyini söyləyir. Bu haqda o, AzadlıqRadiosuna açıqlamasında deyib.

Sadıqov bu işdə birbaşa vəkil Adəm Məmmədovu ittiham edir. O, Adəm Məmmədovun, vəkili olduğu və dələduzluğa görə azadlıqdan məhrum edilmiş Azad Məmmədovun həbsdən çıxması üçün buna əl atdığını bildirir.

“Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 18 mart 2010-cu ildə Azad Məmmədovu Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilib və 10 il müddətinə azadlıqdan məhrum edib. Həmin işdə anam Sahibə Hasanova da zərərçəkənlərdən biri olub. Orda 18 nəfər şahid, 3 nəfər zərərçəkmişin adı gedir. Bütövlükdə, dəyən zərər 350 min dollardır, bankın vəkilləri də bununla bağlı ifadə veriblər”, - Elçin Sadıqov söyləyir.

Buna da bax: Binədə maşınla palçığa batmaq- [Fotolar]

“ADƏM MƏMMƏDOVDAN İSTİFADƏ EDİLİR”

Vəkil Azad Məmmədovun təqsiri sübuta yetirildiyi üçün sonradan apellyasiya və kassasiya instansiya məhkəmələrinin də onun haqqındakı hökmü qüvvədə saxladıqlarını qeyd edir.

“Üstündən beş il keçdikdən sonra heç bir əsas olmadan iş ictimailəşdirilib və mənimlə bağlı yalan informasiyalar yayılıb. Təəssüflər olsun ki, bizim imtina etdiyimiz, uşaqlıqda avtoqəzada psixi travma alan bacımı da pul müqabilində bu işə cəlb ediblər. 2010-cu ildə şahidlərin yalan ifadə verməsi haqqında ona izahat yazdırıblar”.

Elçin Sadıqov bacısının bu işdə adı keçmədiyini bildirir və ona izahat yazdırılmasını Adəm Məmmədovun “işi” kimi qələmə verir.

“Məqsəd, sadəcə, məni təqib etməkdir. Burda Adəm Məmmədovdan istifadə edilir”.

Elçin Sadıqov həmkarının addımları ilə bağlı Vəkillər Kollegiyasinin intizam komissiyasına və məhkəməyə müraciət edib.

Buna da bax: Fəhlələr: "Məktəb tikmişik, pulumuzu verin"

ADƏM MƏMMƏDOV: “ÖZÜM ONU MƏHKƏMƏYƏ VERƏCƏM”

Vəkil Adəm Məmmədov isə özü Elçin Sadıqovu məhkəməyə verməyə hazırlaşdığını bildirir. Vəkil ona ünvanlanan ittihamları rədd edir. Onun sözlərinə görə, Elçin Sadiqovun bacısını ekspert kimi qatıldığı bir verilişdə tanıyıb və onun psixi problemi olduğuna inanmır:

“Həmin xanım orda başqa işlə bağlı efirə çıxmışdı, anasını bir gəncin itkin düşməsində günahlandırırdı. Heç mən bilmirdim ki, o kimdir, kimin bacısıdır. Elçinin anası o kanalı da, verilin aparıcısını da məhkəməyə verib”.

Konkret Azad Məmmədovun işinə gəlincə, vəkilin sözlərinə görə, bu işlə bağlı zərərçəkənlər özləri təkrar məhkəməyə müraciət ediblər:

“Onlar deyir ki, Azad Məmmədov dələduz olmayıb, onları aldadan Sahibə Hasanovadır. Zərərçəkənlər deyirlər ki, peşmançılıq çəkirlər və Allahdan qorxduqları üçün beş il sonra təkrar məhkəməyə üz tutublar, günahsız insanın həbsdə qalmasını istəmirlər”.

Elçin Sadıqov isə deyir ki, anası Azad Məmmədovun dələduzluğuna məruz qalanlardan yalnız biridir. “Anam Məmmədovun dələduzluğundan 2008-ci ildə şikayətçi olduğu halda, digər zərərçəkənlər 2006-cı ildə şikayətçi olublar. Anam digər zərərçəkənləri şikayətçi olduqdan, 2008-ci ildən sonra tanıyıb”, - vəkil qeyd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG