Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 12:40

-

İyunun 22-də Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrliyi ilə xuliqanlıq ittihamı ilə bir il islah işlərinə məhkum edilmiş jurnalist Elçin Həsənovun işi üzrə iclas keçirilib.

Vəkil Fariz Namazlı Elçin Həsənovun təqsirinin sübuta yetirilmədiyini bildirərək, ona məhkəmədən bəraət verməyi xahiş edib.

Öz növbəsində, prokuror ittihamın Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsindən 221.3-cü (xuliqanlıq, soyuq silahdan istifadə ilə törədildikdə) maddəsinə tövsif edilməsini və əvvəlki hökmün 3,5 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini tələb edib.

Apellyasiya Məhkəməsində hökmünün elan edilməsi iyulun 25-i saat 15:00-a təyin edilib.

E.Həsənov ötən il keçmiş “Asiya” agentliyinin rəhbıri Cəfər Cəfərovun ona təzyiq etməsi ilə bağlı şikayət vermişdi. Sonradan bu şikayət onun özünə qarşı çevrilib.

Buna da bax: Seymur Həzi həbsxanadan yazdı: Daima işığa can atmalıyıq

Martda E.Həsənova qarşı Cinayət Məcəlləsinin 221-1-ci maddəsi ilə cinayət işi açılıb.Sonra ittiham daha ağır maddə ilə 221-3 (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) əvəzlənib.

Məhkəmə soyuq silah tətbiq etməklə xuliqanlıq törətməyə aid maddənin sübuta yetmədiyi qənaətinə gəlib.Onu bir il müddətinə islah işlərinə məhkum edib. İyulun 11-də dövlət ittihamçısı Əsədulla Ramazanov isə bununla bağlı məhkəməyə apelyasiya şikayəti verib.

İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir

Günün bütün mövzuları

XS
SM
MD
LG