Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:11

«Ağıllı» əlcək əl titrəməsini əngəlləyir


«GyroGlove»
«GyroGlove»

-

«Naked Science» jurnalının yazdığına görə, əlin əsməcəsinə çarə olan əlcək hazırlanıb. Giroskopik mexanizmdən yararlanmaqla hazırlanmış bu əlcək «GyroGlove» adlanır («Giroskop» deyərkən bədənin müxtəlif səmtlərə yönəlməsinə reaksiya verən qurğu nəzərdə tutulur. Bu termin qədim yunancadakı «γῦρος» – «dairə» + «σκοπέω» – «baxıram» sözlərinin birləşməsindən yaranıb – red.).

Əlcəyi hazırlayan şirkətin təsisçisi Faii Onghələ tibb fakültəsində oxuyarkən, Londondakı bir xəstəxanada həkimlərin xəstə birinin titrəyən əlini sakitləşdirə bilmədiyini görüb. Belə əlcək hazırlamaq qərarı da o gün verilib. Uşaqkən rastlaşdığı giroskopik oyuncaqları xatırlayan Faii düşünüb ki, bu yolla əllərin əsməsini də əngəlləmək olar.

ƏLCƏK ƏLİN ƏSMƏSİNİ 80 FAİZ AZALDIR

Əlcəyin arxa bölümünə elektrik giroskop birləşdirilib. Beləcə, qurğu işə salınanda əlin titrəməsi aradan qaldırılır.

Sınaq zamanı bu əlcək əl əsməsini 80 faiz azaldıb. Onu hazırlayanlar əmindirlər ki, bu texnologiya həm parkinson xəstələrinə kömək edəcək, həm də gələcəkdə əzələlərin titrədən digər xəstəliklərdə də ondan yararlanmaq mümkün olacaq.

«GyroGlove»yə sifarişlər bu ilin sonundan qəbul ediləcək. Gələn ilin əvvəlindənsə tədarük işləri başlanacaq.

XS
SM
MD
LG