Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

'Mən vəkilliyin şərəfini qorumuşam'


Əlayif Həsənov
Əlayif Həsənov

►Əlayif Həsənov: "Yeganə istəyim məhkəmənin bu işlə bağlı hərtərəfli araşdırma aparmasıdır. Belə çıxır ki, Vəkillər Kollegiyası məhkəməyə şübhəli sənəd təqdim edib"

"Baxmayaraq ki, keçən dəfə emosiyaya qapılıb özümü yandıracağımı dedim, amma eləmərəm. Mən çox möhkəm adamam. Faktiki, ayrı-seçkiliyə məruz qalmışam. Bu qanunsuzluğa qarşı da sonadək mübarizə aparmaq niyyətindəyəm. Mən vəkilliyin şərəfini qorumuşam".

Bunu bir sıra keçmiş vicdan məhbuslarının, o cümlədən, Leyla Yunusun müdafiəçisi olmuş Əlayif Həsənov vəkillik fəaliyyətinə xitam verilməsilə əlaqədar Vəkillər Kollegiyasına qarşı məhkəməsində deyib. Onun iddiasına 1 saylı İnzibati-İqtisad Məhkəməsində baxılır.

“QƏZET SÜBUT SAYILA BİLMƏZ”

Vəkillər Kollegiyasını təmsil edən Altay Muradov məhkəməyə sənəd təqdim edərək göstərib ki, Rəyasət Heyətinin 13 üzvündən 11-i Əlayif Həsənovun məsələsinin müzakirə olunduğu iclasda iştirak edib və onlar yekdilliklə məhkumluğunu əsas gətirib, onun Kollegiyadan kənarlaşdırılmasına səs veriblər:

Əlayif Həsənov: Bu, əvvəlcədən planlaşdırılmış məsələ idi
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

"13 üzvdən biri Kamandar Nəsibov idi ki, o da həmin iclasdan əvvəl özü barəsində hökm qüvvəyə minəndən sonra öz ərizəsilə Rəyasət Heyətindən çıxmışdı. Qalan 12 nəfərdən Muxtar Mustafayev istisna olmaqla, digərləri iştirak edib və yekdilliklə bu qərara səs veriblər".

Bu məqamda Əlayif Həsənovun nümayəndəsi Xalid Bağırov məhkəməyə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvlərindən biri İradə Cavadovanın açıqlaması yer alan "Azadlıq" qəzetini təqdim edib. Həmin məqalədə İradə Cavadova bildirib ki, Əlayif Həsənovla bağlı məsələnin müzakirə olunduğu iclasda iştirak etməyib və orada baş verənlərdən də xəbərsizdir.

Xalid Bağırov bu ziddiyyətin araşdırılması məqsədilə qərarda adı olan 11 nəfərin hər birinin məhkəməyə çağırılıb dindirilməsi haqda vəsatət qaldırıb.

"Yeganə istəyim məhkəmənin bu işlə bağlı hərtərəfli araşdırma aparmasıdır. Belə çıxır ki, Vəkillər Kollegiyası məhkəməyə şübhəli sənəd təqdim edib" deyən Əlayif Həsənov da vəsatəti müdafiə edib.

Vəkillər Kollegiyasının nümayəndəsi isə vəsatətə qarşı çıxıb:

"Qəzet sübut sayıla bilməz. Mətbuatda gedən yazı dezinformasiya da ola bilər. 11 nəfərin dindirilməsi yolverilməzdir. Qanunvericilik vəkillərin fəaliyyətinə müdaxiləni qadağan edir".

____________________________________________________________

Bunlara da bax:
Almaniya polisi kinoteatrdakı şübhəlini güllələyib
Lənkəran sakinləri: Əllərini Nizaminin heykəlindən çəksinlər

____________________________________________________________

“HEÇ BİR İCLAS KEÇİRİLMƏYİB”

Əlayif Həsənov və nümayəndələri isə bunun peşə fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməsinə etiraz edib.

"Dəqiq bilirik ki, ümumiyyətlə, heç bir iclas keçirilməyib. Bu tip əvvəlki işlərdə də belə davranılıb. Elə ona görə də adamların çağrılıb dindirilməsini istəmirlər ki, yalan üzə çıxa bilər", – Əlayif Həsənovun digər nümayəndəsi İntiqam Əliyev bildirib.

Hakim Elçin Məmmədov vəsatəti təmin etməyib.

Xalid Bağırovun digər vəsatəti isə məhkumluğu olan, lakin Vəkillər Kollegiyasından kənarlaşdırılmayan digər vəkillərlə bağlı Rəyasət Heyətinin iclaslarının protokollarının məhkəməyə təqdim olunması haqda olub.

“GÖRÜNÜR, MƏQBUL SAYMAYIBLAR”

Vəkillər Kollegiyasının təmsilçisi bildirib ki, qanunda məhkumluğa görə vəkillik fəaliyyətinə xitam verilməsini nəzərdə tutan norma imperativ tələb deyil. Yəni Rəyasət Heyətinin üzvləri özləri buna qərar verir:

"Görünür, Kamandar Nəsibovda cərimə cəzası olduğuna, Ramiz Zeynalov isə ehtiyatsızlıqdan törədilmiş əmələ - yol qəzasına görə məhkum edildiyinə görə Rəyasət Heyətinin üzvləri onları Kollegiyadan uzaqlaşdırmağı məqbul saymayıb. Onlar niyə belə edib - bunu dəqiq deyə bilmərəm. Rəyasət Heyətinin üzvləri müstəqildir və özləri buna qərar verir. Məhkum olunmuş digər vəkillərlə bağlı, ümumiyyətlə, Rəyasət Heyətinin iclasının keçirilib-keçirilmədiyi barədə isə məndə heç bir məlumat yoxdur".

Hakim bu vəsatəti də təmin etməyib.

Növbəti məhkəmə iclası iyulun 14-nə təyin olunub.

Əlayif Həsənovun məhkum edilməsinə dair hökm əsas gətirilərək, onun kollegiyadan uzaqlaşdırılması barədə qərar qəbul edilib. Həmin hökm də Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb. Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə açıqlamasında əvvəllər də məhkum olunmuş Nuriyyə Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. Nuriyyə Hüseynova buna görə vəkili məhkəməyə verib və Əlayif Həsənov barəsində CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə hökm çıxarılıb.

Əlayif Həsənov həm barəsindəki hökmün, həm də onun əsasında vəkillik fəaliyyətinə xitam verilməsinin siyasi sifariş olduğunu deyir. Hesab edir ki, kollegiyadan uzaqlaşdırılması siyasi məhbusları müdafiə edən, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsidir.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili, o cümlədən, Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Buna da bax: Kürqırağında bir köhnə ovçunun xatirələri...

Kür qırağında bir köhnə ovçunun xatirələri...
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun

Azərbaycan özünü keyfiyyətli, hamı üçün əlçatan qiymətə ərzaqla niyə təmin edə bilmir? Son beynəlxalq hesabatda Azərbaycan
Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 23 iyun

Keçmiş bankirin xanımı növbəti qalmalqalda

XS
SM
MD
LG