Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Xarici valyuta satan da sənəd təqdim etməli olacaq


Əkrəm Həsənov, Bank eksperti

Əkrəm Həsənov, Bank eksperti

Bank məsələləri eksperti Əkrəm Həsənov “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklikləri şərh edir

Azərbaycan Mərkəzi Bankı (AMB) “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edib. Oktyabrın 13-dən qüvvəyə minən dəyişikliyə görə, banka 10 min dollardan çox xarici valyuta satan müştəri şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Xatırlatmağa dəyər ki,həmin qaydalara əsasən, bankdan 500 dollardan çox xarici valyuta alan müştəri də şəxsiyyət vəsiqəsini təqdim etməlidir və bu tələb olduğu kimi qalıb. Beləliklə, indən belə yalnız xarici valyuta alan deyil, xarici valyuta satan da şəxsiyyət vəsiqəsini təqdim etməli olacaq.

“Dollar almaq istəyənlər satanlardan xeyli çoxdur”

Buna da bax: #Manat ucuzlaşdı - Binə bazarı satıcılar etiraz edir- [Birinci video]

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna açıqlamasında deyib ki, bu, dollar almaq istəyənlərin satanları xeyli üstələdiyindən xəbər verir:

“Yəni, dollara tələbat azalmayıb.
Dəyişikliyin mahiyyəti prinsipcə məqbuldur. Valyuta mübadiləsi sahəsində çirkli pulların dövriyyəsinin qarşısını almaq üçün müştərilərin eyniləşdirilməsi tələbi ağlabatan və zəruridir”.

“Reallıqda bu tələbdən yayınmaq elə də çətin deyil”

Ancaq ekspert əlavə edir ki, reallıqda bu tələbdən yayınmaq elə də çətin deyil:

“Söhbət yalnız valyutanın “qara bazar”da mübadilə imkanından getmir, halbuki bu da var. Əsas odur ki, müştəri 10 min dollardan çox xarici valyuta satmaq istəyirsə və bu zaman şəxsiyyət vəsiqəsini təqdim etmək istəmirsə, sadəcə, məbləği bir neçə hissəyə (hərəsi maksimum 10 min dollar olmaqla) bölərək nəinki bir neçə bankda, hətta bir bankın bir neçə filial və şöbəsində mübadiləsini başa çatdırar. Hətta eyni bank məntəqəsinə də bir neçə dəfə gələ bilər”.

Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

“Niyə... dollarda ifadə edir?”

Ə. Həsənov “Qaydalar”ın artıq ənənəvi çatışmazlığına da diqqət çəkir:

“Söhbət məbləğlərin dollarla ifadə edilməsindən gedir. Axı niyə bizim AMB bütün valyutaların mübadilə ekvivalentini dollarda ifadə edir? Məgər dəyər ölçümüz milli valyutamız olan manat deyil? Əslində, bununla Mərkəzi Bank “komplekslərini” büruzə verir və manatın süquta uğradığını, iqtisadiyyatımızın dollarlaşmasını etiraf edir. Yəni real valyutamız manat deyil, dollardır. Bunun da günahkarı, təbii, AMB-nin özüdür. Xalqımız Konstitusiya qəbul edərək manatın taleyini AMB-yə həvalə edib, o isə bu vəzifənin öhdəsindən gəlməyib”.
________________________________________

Günün bütün mövzuları

XS
SM
MD
LG