Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38

-

Yazıçı Əkrəm Əyləsliyə qarşı xuliqanlığa (Cinayət Məcəlləsinin 221.1-ci maddəsi) görə cinayət işi açılıb. Bu haqda yazıçının oğlu Nəcəf Naibov məlumat verib.

Əkrəm Əylisli sərhəd xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunur.

Nəcəf Naibov bununla belə, yazıçının pasportunun artıq özünə qaytarıldığını bildirib.

Həmin maddəyə görə, 160 saatdan 200 saata qədər ictimai iş, 1 ilə qədər islah işləri və yaxud 1 ilədək həbs cəzası nəzərdə tutulur.

Yazıçı Ə.Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən martın 30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılmışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə yazıçının buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlandığını demişdi. Ə.Əylisli dünən (martın 30-da) axşam saatlarında sərbəst buraxılıb.

Ancaq yazıçı ittihamın əsasız olduğunu söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG