Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

«Azərbaycanda QHT-lərin problemlərinin həllinə başlanılıb. Amma atılan addımlar davamlı və sistemli olmadığına görə, vətəndaş cəmiyyətinin problemləri tam və vaxtında həll olunmayıb».

«Mədən sənayesində şəffaflığın artırılması» QHT Koalisiyasının prezident İlham Əliyevə ünvanladığı müraciətdə belə deyilir.

Müraciətdə oktyabrın 25-də Mədən sənayesində şəffaflığın artırılması üzrə beynəlxalq təşəbbüsün (EITI) İdarə Heyətinin toplantısı ilə əlaqədar narahatlıq ifadə olunub.

AZƏRBAYCANIN EITI-DƏKİ STATUSU TƏHLÜKƏ ALTINDA

«Ötən illər ərzində Azərbaycan vətəndaş cəmiyyətinin bu təşəbbüsdə azad və səmərəli iştirakı zamanı qarşılaşdığı çətinliklərə görə, 2015-ci il aprelin 15-də ölkə tamhüquqlu üzv statusunu itirib. Ona növbəti 1 il müddətində icra üçün islahedici plan təklif olunub», - deyə vurğulanan sənəddə bildirilir ki, Azərbaycanın EITI-dəki statusuna təsir edən problemlər tam aradan qaldırılmayıb:

«Bəzi təşkilatların qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyata alınmadığına görə onların bank hesablarından istifadəyə qoyulan qadağalar hələ də qüvvədədir. 6 təşkilata tətbiq olunan vergi cərimələri nəticəsində onlar fəaliyyətlərini bərpa edə bilmirlər. Koalisiyanın iki üzvü müxtəlif səbəbdən hələ həbsdədir. Koalisiya Şurasının bir üzvünün ölkədən çıxışına qadağa qoyulub».

Sənəd müəllifləri prezidentdən problemlərin həllinə təşəbbüs göstərməsini xahiş edirlər.

QHT-lərə 'yaşıl işıq', yoxsa imitasiya?

AZƏRBAYCANIN EITI-DƏKİ TAMHÜQUQLU STATUSU BƏRPA OLUNMASA...

Azərbaycan 13 ildir ki, EITI-yə üzv olub. Ancaq 2015-ci ilin aprelində EITI-də Azərbaycanın statusu tamhüquqlu üzvlükdən namizədə qədər azaldılıb.

Azərbaycanın tamhüquqlu üzvlük məsələsi EITI-nin oktyabrın 25-də keçiriləcək Astana toplantısında müzakirə olunacaq.

Bir müddət əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB ) enerji və təbii sərvətlər direktoru Riccardo Puliti EITI-də statusun aşağı salınmasının Azərbaycana yaratdığı təhlükənin anonsunu vermişdi. O, «Astana şəhərində veriləcək qərar AYİB-in TANAP və TAP layihələrinin maliyyələşdirilməsinə 1.5 milyard dollar həcmində krediti ayırıb-ayırmayacağında əsas rol oynayacaq», - deyə bildirmişdi.

TANAP və TAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissələridir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG