Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Son bir neçə ayda Azərbaycanda avtomobillərin ehtiyat hissələrinin 60 faizə kimi bahalaşdığı bildirilir.

Bu barədə fins.az-a avtomobil ekspertləri və ehtiyat hissələri satıcıları bildirib.

Ekspertlərin deməsinə görə, may ayından avqusta ayına kimi ehtiyat hissələri 40, sentyabr ayında isə 20 faiz bahalaşıb.

DOLLAR BAHALAŞIB

Avtomobillərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan Aley Şamilov fins.az-a bildirib ki, bunun bir neçə səbəbi var: «Birincisi, maydan etibarən son bir neçə ayda dollar xeyli bahalaşıb. Bu da ölkəyə gətirilən ehtiyat hissələrinin qiymətlərinə xeyli təsir göstərib. Məsələn, may ayında dolların məzənnəsi 1.49 manat idisə, hazırda 1.60-dan yuxarıdır».

GÖMRÜK XƏRCLƏRİ 2 DƏFƏ ARTIB

A.Şamilov deyib ki, qiymətlərin artmasına təsir göstərən digər səbəb gömrük rüsumlarının iyul ayından etibarən fərqli qaydada hesablanmasıdır. Onun deməsinə görə, əvvəl ehtiyat hissələrinə say və ya çəkiyə görə rüsum hesablanırdı. İndi malın dəyərinə görə rüsum tutulur. Nəticədə ehtiyat hissələrinin gətirilməsi xərcləri 2 dəfə artıb.

Buna da bax-Təzə bahalaşma başlayır

Satıcının bildirməsinə görə, nəticədə avtomobil yağlarından iri ehtiyat hissələrinə kimi bütün detallar kəskin bahalaşıb. Məsələn, əvvəl 1999-cu il model «Mercedes C 200» avtomobilinin sürət qutusunun yağını dəyişmək, usta xərci daxil, 110-120 manata başa gəlirdi. İndi bundan ötrü 200 manat ödəmək lazım gəlir. Bundan əlavə, filtr və ara qoruyucunun qiymətinin də 2 dəfə artdığı bildirilir. Əvvəl iki detalı 15 manata almaq mümkün idisə, indi qiymət 30 manata kimi artıb.

Mühərrik yağının dəyişməsinin isə indi 75 faiz bahalaşdığı bildirilir. A.Şamilov vurğulayıb ki, bir neçə ay əvvələ qədər «Mercedes C200»nin mühərrik yağını dəyişmək, usta xərci daxil, 40 manat idi. İndi bu xərc 70 manata kimi artıb.

BƏZİ EHTİYAT HİSSƏLƏRİ İKİ DƏFƏ BAHALAŞIB

Bəzi ehtiyat hissələrinin qiymətlərinin isə daha çox artdığı söylənir. Məsələn, «Mercedes C200» modelinin yan qanadının 60-70 manatdan 120-140 manata, qapısının 80 manatdan 140 manata, alın şüşələrinin 80 manatdan 130 manata kimi bahalaşdığı deyilir. Ön amortizatorların qiymətinin isə 45-55 manatdan 90-100 manata, arxa amortizatorların qiymətinin də 85-90 manata kimi bahalaşdığı açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG